Icma.az
close
up
RU
Gələcəyin musiqisi: Süni intellekt insanı əvəz edəcəkmi?

Gələcəyin musiqisi: Süni intellekt insanı əvəz edəcəkmi?

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 26 may, AZƏRTAC

Son zamanlar musiqidə süni intellektdən istifadə edilməsinə daha çox rast gəlirik. Hazırda neyron şəbəkələri vasitəsilə melodiyalar, vokal hissələr yaratmaq, mahnılar üçün sözlər yazmaq, mahnıları aranjiman etmək, hətta virtual sənətçilərin ifasında hitləri dinləmək olar. Burada sual yaranır: “Süni intellekt musiqi yaradıcılığı ilə məşğul olanları tamamilə əvəz edə bilərmi, yoxsa o, sadəcə köməkçi bir alət rolunda çıxış edəcək?”.

Süni intellekt (AI) populyarlığı musiqiçilər üçün xidmətlərin sayının artmasına səbəb olub. Bu gün “MusicGen”, “Boomy AI”, “BandLab”, “Loudly” və “Soundraw” da daxil olmaqla, musiqi yarada və emal edə bilən onlarla neyron şəbəkəsi mövcuddur. İstifadəçilər sadəcə mətn sorğusu daxil edirlər, bundan sonra sistem hazır melodiya və ya musiqi fraqmenti yaradır. Ən məşhur alətlərdən biri “Google Gemini” hesab edilir ki, bu da yalnız treklər yaratmağa deyil, həm də audionu təhlil etməyə, yazma keyfiyyətini artırmağa və müxtəlif effektlər əlavə etməyə imkan verir.

Ayrıca bir sahə səsin sintezi və emalı ilə bağlıdır. İlk belə texnologiyalardan biri “Yamaha Corporation Vocaloid” texnologiyası oldu. Bu gün “Supertone”, “Uberduck” və “Voicemood” kimi digər platformalar da populyardır; onlar yeni səslər yarada və mövcud səsləri imitasiya edə bilirlər.

Süni intellekt dövründə musiqini hansı gələcək gözləyir? Azərbaycanın incəsənət xadimləri süni intellektin yaradıcılıq prosesinə inteqrasiyası ilə bağlı fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüblər.

Süni intellekt əsl müəllifi əvəz edə bilməz

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin fikrincə, süni intellektin musiqi sahəsinə inteqrasiyası artıq geridönməz bir prosesə çevrilib. Bəstəkar süni intellektə müsbət yanaşır, çünki o, bəzi ağır işləri öz üzərinə götürür.

“Neyron şəbəkələri sürətlə inkişaf edir. Onlar hər gün təkmilləşir. Düşünürəm ki, onların iş prosesinə inteqrasiyası çox böyük fayda verəcək”, - deyə Cavanşir Quliyev izah edir.

Lakin bəstəkar hesab edir ki, süni intellekt əsl müəllifi əvəz edə bilməz: “Sənətdə ən vacib fərq yaradıcının fərdi üslubundadır. Bir bəstəkarı digərindən fərqləndirən məhz üslubdur. Əsl musiqiçi bütün yaradıcılıq prosesini süni intellektə həvalə etməyəcək, ondan köməkçi kimi istifadə edəcək”.

Musiqidə hisslər əsas rol oynayır

Xalq artisti Sərxan Sərxanın fikrincə, süni intellekt artıq musiqidə fəal şəkildə istifadə olunur.

“Bu, əsasən aranjimanların yaradılmasında, səsin emalında və fərdi musiqi elementlərinin bəstələnməsində baş verir. Bu cür texnologiyalar, xüsusən də hələ peşəkar studiyalara, aranjimançılara və bəstəkarlara çıxışı olmayan gənc sənətçilər üçün faydalı ola bilər”, - deyə Xalq artisti qeyd edir.

Onun sözlərinə görə, süni intellekt bu gün notların, səsin yazılmasına, aranjimanların yaradılmasına kömək edir və əvvəllər daha çox vaxt aparan bir çox prosesləri əhəmiyyətli dərəcədə sürətləndirir. Lakin, süni intellekt sadəcə mövcud məlumatlar əsasında işləyən riyazi sistem olaraq qalır. Sərxan Sərxanın fikrincə, musiqinin yaradılmasında canlı emosiyalar, həyat təcrübəsi və insanın daxili vəziyyəti əsas rol oynayır: “Süni intellekt texniki cəhətdən kömək edə bilər, lakin sənətçinin ifaçılıq səmimiyyəti və ruhu ən vacibdir”.

Yaxşı zövqü olan insanın bu yenilikdən zövq alması çətindir

Prodüser Anar Əlizadə süni intellekt ətrafındakı mövcud maraq dalğasına daha təmkinli yanaşır. O hesab edir ki, bu, daha çox müvəqqəti tendensiyadır və öz dəyərini hələ sübut etməlidir.

O, neyron şəbəkələrinə artan marağın olmasına baxmayaraq, tamamilə süni intellekt tərəfindən yaradılan həqiqətən uğurlu musiqi layihələrinin hələ az olduğunu diqqətə çatdırır. Əsas səbəb kimi isə emosional dərinliyin olmamasını göstərib.

“Süni intellekt emosiyaları çatdıra bilmir, ona görə də estetika həvəskarının bu yenilikdən zövq alması çətindir”, - deyə prodüser sözünü yekunlaşdırıb.

Qlobal musiqi sənayesi artıq yeni texnologiyalara sürətlə uyğunlaşır. Ekspertlərin və musiqiçilərin əksəriyyətinin süni intellektə münasibəti fərqlidir. Bəziləri süni intellektin bazarı dəyişdirmək, bir çox prosesi sürətləndirmək və gənc sənətçilər üçün yeni imkanlar açmaq potensialına malik olduğunu hesab edirlər. Lakin digərləri iddia edirlər ki, o hələlik incəsənətdə insan amilini tamamilə əvəz edə bilmir. Əlbəttə ki, burada aydın bir sərhəd qoyulmalıdır. Süni intellekt insanı əvəz edə bilməz, axı musiqidə ən vacib ruh, dərinlik və mənadır.

Müxbir – Lalə Minəsazova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2026 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri