Gələcəyin müharibələrində süni intellekt döyüşəcək?
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müdafiə sənayesinin ən mühüm beynəlxalq tədbirlərindən biri olan ABŞ Ordusu Assosiasiyasının (AUSA) 2026-cı il üzrə illik toplantısı və sərgisi ölkənin paytaxtı Vaşinqtonda başlayıb.
“Cebheinfo.az” xəbər verir ki, sərgi “Walter E. Washington” Konqres Mərkəzində keçirilir.
100-dən çox ölkədən hərbi rəsmiləri, müdafiə sənayesi nümayəndələrini və beynəlxalq nümayəndə heyətlərini bir araya gətirən tədbir bu il “Amerika Quru Qoşunları: Birgə Qüvvələrin təməli” mövzusu altında təşkil olunub. Sərgidə müasir döyüş texnologiyaları, hərbi imkanların inkişafı və gələcəyin döyüş sistemləri müzakirə edilir.
Beş ayrı sərgi zalında 750-dən çox sərgi sahəsinin yer aldığı tədbirdə 40 mindən çox insanın iştirakı gözlənilir. Müdafiə sənayesinin aparıcı şirkətləri yeni nəsil hərbi sistemlərini nümayiş etdirərək ölkələr arasında müdafiə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsini hədəfləyirlər.
Sərgidə xüsusilə süni intellektlə dəstəklənən müdafiə sistemləri, pilotsuz uçuş aparatları və yerüstü nəqliyyat vasitələri, yüksək dəqiqlikli idarəolunan döyüş sursatları, müasir radar sistemləri və hava hücumundan müdafiə texnologiyaları diqqət çəkir.
AUSA 2026 çərçivəsində keçirilən toplantılarda ABŞ Quru Qoşunlarının modernləşdirilməsi, dəyişən təhlükəsizlik təhdidləri və gələcəyin döyüş şəraitinə hazırlıq məsələləri də nəzərdən keçirilir. Yüksəksəviyyəli hərbi rəsmilərin və müdafiə sənayesi nümayəndələrinin iştirak etdiyi müzakirələrdə texnoloji transformasiyanın hərbi əməliyyatlara təsiri, eləcə də yeni nəsil müdafiə sistemlərinin orduların arsenalına inteqrasiyası məsələləri müzakirə olunur.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 14 Oktyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















