Gələcəyin qatlana bilən iPhone u nümayiş etdirildi
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tanınmış insayder Majin X-də qatlana bilən iPhone-un realistik maketini əks etdirən video paylaşıb.
BAKU.WS xəbər verir ki, görüntülərə əsasən, cihazın dizaynı daha əvvəl ortaya çıxmış sızmalara uyğun gəlir.
Smartfon həm qatlanmış, həm də açılmış vəziyyətdə geniş form-faktora malik olacaq ki, bu da onu bazardakı bir sıra digər qatlana bilən modellərdən fərqləndirir.
iPhone fold dummy pic.twitter.com/M0HRy78Jwv
— Majin (@MajinBuofficia) May 31, 2026
Xarici görünüş baxımından yenilik qismən iPhone Air modelini xatırladır. Xüsusilə əsas kamera blokunun dizaynında oxşarlıqlar diqqət çəkir. Lakin qatlana bilən versiyada kamera modulu korpusun bütün enini əhatə etmir və iki obyektivdən ibarətdir.
Maket cihazın yan hissəsində iki fiziki düymənin yerləşdiyini də göstərir. Müşahidəçilərin fikrincə, onlardan biri həm güc düyməsi, həm də barmaq izi skaneri funksiyasını yerinə yetirə bilər. Bu ehtimal daha əvvəl yayılan məlumatlarla da üst-üstə düşür. Həmin məlumatlara görə, Apple qatlana bilən modeldə konstruktiv məhdudiyyətlər səbəbindən Face ID texnologiyasından imtina edib.
Şirkət hələlik bu cihazın hazırlanmasını rəsmi şəkildə təsdiqləməyib və onun texniki xüsusiyyətləri barədə heç bir məlumat açıqlamayıb. Hətta gələcək modelin adı da məlum deyil. Bununla belə, əksər mənbələr onu "iPhone Fold" və ya "iPhone Ultra" adlandırır.
Məlumatlara görə, iPhone Ultra modelinin təqdimatı sentyabr ayında iPhone 18 Pro və iPhone 18 Pro Max ilə birlikdə baş tuta bilər. Baza versiyası olan iPhone 18 isə 2027-ci ilin əvvəlində təqdim oluna bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 01 İyun 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















