Gələn həftə Parisdə “İstəklilər Koalisiyası”nın toplantısı keçiriləcək
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
NATO Baş katibi Mark Rutte və Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi Parisdə Ukraynaya dəstək məqsədilə keçiriləcək "İstəklilər Koalisiyası"nın toplantısına qatılacaq.
“Reuters” xəbər verir ki, bu barədə Fransa Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, görüş bu həftə keçirilən NATO sammitindən sonra Ukraynaya dəstəyin davam etdirilməsi istiqamətində əldə olunan dinamikanı qoruyub saxlamağa xidmət edəcək.
Yelisey Sarayının açıqlamasına görə, Ukrayna ilə Rusiya arasında atəşkəs əldə olunacağı təqdirdə, Kiyevə veriləcək təhlükəsizlik təminatları ilə bağlı planlaşdırma işləri də davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Parisdə “İstəklilər Koalisiyası”nın görüşü başlayıb
06 Yanvar 2026 18:51
İstəklilər koalisiyası nın görüşü keçiriləcək
20 Oktyabr 2025 23:37
Britaniya və Fransa gələn həftə istəklilər koalisiyası nın iclasını keçirəcək
02 Aprel 2025 18:11
Ukrayna nümayəndə heyəti Parisdə “İstəklilər koalisiyası”nın nümayəndələri ilə danışıqlar aparıb
17 Aprel 2025 19:17
Starmer “istəklilər koalisiyası”nın iclasını çağırıb
15 Mart 2025 14:40
Baxış sayı:133
Bu xəbər 10 İyul 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















