Icma.az
close
up
RU
Ukrayna nümayəndə heyəti Parisdə “İstəklilər koalisiyası”nın nümayəndələri ilə danışıqlar aparıb

Ukrayna nümayəndə heyəti Parisdə “İstəklilər koalisiyası”nın nümayəndələri ilə danışıqlar aparıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kiyev, 17 aprel, AZƏRTAC

Ukrayna nümayəndə heyəti Parisdə “İstəklilər koalisiyası” ölkələrinin nümayəndələri ilə görüş keçirib. Danışıqların əsas mövzuları atəşkəs və təhlükəsizlik təminatları olub.

AZƏRTAC Prezident Aparatının rəhbəri Andrey Yermakın Telegram hesabına istinadla xəbər verir ki, görüş Yelisey sarayında baş tutub. Ukraynanı bu görüşdə Prezident Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov təmsil ediblər.

“İstəklilər koalisiyası”ndan danışıqlarda Birləşmiş Krallıq, Almaniya və Fransanı təmsil edən şəxslər, daha dəqiq desək, Fransa Prezidentinin diplomatik müşaviri Emmanuel Bon, Böyük Britaniyanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauel və Almaniya kanslerinin milli təhlükəsizlik üzrə müşaviri Yens Plotner iştirak ediblər.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın sözlərinə görə, danışıqlarda tərəflər, xüsusilə atəşkəsin əldə olunması və Ukrayna üçün təhlükəsizlik təminatları məsələlərini müzakirə ediblər.

“Ədalətli və dayanıqlı sülhün əldə olunması üçün atılacaq növbəti addımlar barədə fikir mübadiləsi apardıq. Xüsusilə atəşkəsin tam şəkildə reallaşdırılması, çoxmillətli hərbi kontingentin cəlb edilməsi və Ukrayna üçün səmərəli təhlükəsizlik arxitekturasının inkişafı məsələləri müzakirə olunub”, – deyə Yermak qeyd edib.

Prezident Aparatının rəhbəri Parisdə keçirilən görüşü “kifayət qədər məzmunlu danışıqlar” adlandırıb.

Müdafiə naziri Rustem Umerov isə görüşdən sonra bildirib ki, tərəfdaşlarla təhlükəsizlik təminatları ilə bağlı iş davam etdirilir. Onun sözlərinə görə, Ukraynanın prioriteti etibarlı sülhü təmin edəcək nəticənin əldə olunmasıdır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see291

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see250

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see198

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see191

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see161

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see154

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri