Gələn il Azərbaycanda inflyasiya neçə faiz proqnozlaşdırılır?
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan hökuməti 2027-cİ ildə ölkədə illik inflyasiyanın 5,3 % təşkil edəcəyini proqnozlaşdırır.
Oxu.Az xəbər verir ki, bu məlumat Maliyyə Nazirliyinin 2027-ci ilin ilkin büdcə göstəricilərinə dair icmalında yer alıb.
Məlumata görə, proqnozu İqtisadiyyat Nazirliyi cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsini, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsirini, nominal effektiv məzənnə indeksinin dinamikasını və məzənnənin sabit qalması fərziyyələri, mal və xidmətlərin tənzimlənən tariflərinin dəyişməsinin təsirlərini nəzərə alaraq hazırlayıb. Nazirlik 2025-ci ildə ölkədə illik inflyasiyanın 5,7 % olacağını gözləyir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,7 %, avqust ayında ötən ilin eyni ayına nisbətən 5,7 %, bu ilin iyul ayına nisbətən 0,2 % artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 16 Sentyabr 2026 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















