Azərbaycanda gələn il inflyasiya azalacaq
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan hökuməti bu il orta illik inflyasiyanın 5,4 faiz, 2026-cı ildə isə 4,8 faiz olacağını gözləyir.
"Unikal"ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.
Sənədə əsasən, bu il üzrə ölkədən 22,9 milyard ABŞ dolları dəyərində, gələn il üzrə isə 20,7 milyard ABŞ dolları dəyərində malların ixracı gözlənilir. Eyni zamanda bu il üzrə 3,7 milyard dollarlıq, 2026-cı il üzrə isə 4,2 milyard dollarlıq qeyri-neft-qaz ixracı proqnozlaşdırılır.
Bundan başqa, bu il Azərbaycana 17,4 milyard ABŞ dolları həcmində, gələn il üzrə isə 17,8 milyard dəyərində idxal əməliyyatlarının həyata keçiriləcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 04 Noyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















