Icma.az
close
up
RU
Gələn il Azərbaycanda maraqlı hadisələr olacaq: “5 ə yaxın nazir, bəzi deputatlar...” Məşhur astroloq

Gələn il Azərbaycanda maraqlı hadisələr olacaq: “5 ə yaxın nazir, bəzi deputatlar...” Məşhur astroloq

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Artıq 2025-ci ilin bitməsinə bir neçə həftə qalıb. Qarşıdan gələn 2026-cı ilin nə ili olduğu və onun necə keçəcəyi hər birimizi maraqlandırır.

Əvvəla qeyd edək ki, 2026-cı il “Alovlu qırmızı at ili”dir. Bu At ili Şərq təqviminə əsasən 17 fevralda başlayır. 1954, 1966, 1978, 1990, 2002 və 2014-cü ildə dünyaya gələnlər “Alovlu qırmızı at ili”nə aid hesab olunurlar.

Bəs “Alovlu qırmızı at ili” digər illərdən nə ilə fərqlənir? Gələn il ölkəmizi və dünyamızı nələr gözləyir?

Tanınmış astroloq Səbuhi Rəhimli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, astroloji mənbələrə görə, at ilinin üzərinə düşən başlıca vəzifə milli, dini və mistik məsələlərin həllidir:

“Yəni insanları narahat edən qlobal problemlər, insanların birləşməsi, dünyanın qorunması 2026-cı ilin əsas öhdəliklərindən olacaq. At ili daha çox öz yolu olan konkret ixtisas daşıyıcıları, ədalət tərəfdarları, yüksək bilik sahibləri, incəsənət xadimləri, ilahi missiyaya xidmət edənlər, bir sözlə, Allaha sığınanlar üçün uğurlu keçəcək. At ilində yalançıların, qarğış sahiblərinin, xəyanətkarların, böhtançı və rüşvətxorların, cadugər və fal açanların üzü gülməyəcək.

Xalqını, millətini talayanlar, başqalarının əməyini istismar etməklə bahalı villa tikdirənlər, insanları qorxu içində saxlayanların acı aqibəti yaxınlaşacaq”.

O qeyd edib ki, əvvəlki at illərində çox sayda qanlı hadisələr olub:

“Məsələn, 1906-cı ildə Fransanın “Kuryers” şaxtası partlayıb və 1600 şaxtaçı ölüb. 1918-ci ildə Bakıda ermənilər tərəfindən törədilən və 15 min Azərbaycan türkünün ölümü ilə nəticələnən soyqırım baş verib. Eyni ildə Rusiyanın sonuncu imperatoru II Nikolay ailəsi ilə birlikdə güllələnib. 1978-ci ildə isə İranda “Reks” kinoteatrının yandırılması nəticəsində 422 nəfər həlak olub. Elə bu nümunələrə görə də əhali arasında təşviş var. Amma unutmayaq ki, At illərində qəfil yüksəlişlər və qəfil enişlər də baş verir. Astroloji qənaətlərə görə, ilin ilk yarısı çox çətin keçəcək”.

Səbuhi Rəhimli 2026-cı illə bağlı proqnozlar da verib: “Bu dövrdə qlobal dəyişikliklər, standartdankənar olaylar, reallığa bənzəməyən situasiyalar mümkündür. Dünyanı idarə edən gizli və nəhəng qüvvələr arasında ciddi qarşıdurmalar olacaq. Heç kimin gözləmədiyi liderlərin meydandan getməsi, zəif bilinən insanların isə siyasət meydanında parlaması nəzərə çarpacaq. Yeni liderləri də görəcəyik. Həmçinin, dünyanın siyasi mənzərəsi kifayət qədər dəyişəcək. İlin ikinci yarısı isə qismən sakit keçəcək”.

Astroloq 2026-cı ilə Azərbaycanı nələrin gözlədiyini açıqlayıb:

“Yaz aylarında ölkədə müəyyən qədər ümumi gərginlik ola bilər. Gözlənildiyi kimi olmasa da, qismən bahalaşma olacaq. Bundan başqa, 5-ə yaxın nazir və ya yüksək vəzifəli məmurun istefası, bəzi millət vəkillərindən sensasiyalı gedişləri baş verəcək”.

Elmir Mustafa

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri