Icma.az
close
up
RU
Gələn il Azərbaycanda neft hasilatı stabil olacaq: AÇIQLAMA

Gələn il Azərbaycanda neft hasilatı stabil olacaq: AÇIQLAMA

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir, hesab edirəm ki, yaxın gələcəkdə nəticələr olacaq. Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq”, – İlham Əliyev çıxışlarının birində qeyd etmişdi.

Bildiririk ki, ölkədə hasilatın pik dövrü 2009-cu ildə olub, 50.9 milyon ton neft hasil edilib. Ötən il isə bu göstərici təqribən 30 milyona düşüb.

Neft hasilatın düşməsinə baxmayaraq, neft-qaz gəlirləri hələ də Azərbaycan büdcəsinin əhəmiyyətli hissəsini təşkil edir.

Gununsesi.info xəbər verir ki, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Turan”a beynəlxalq təşkilatların proqnozlarına görə, gələn il Azərbaycanda neft hasilatı stabil olacağını deyib.

“Buna da əsas kimi o götürülür ki, apreldə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda yeni bir platforma istifadəyə verildi və bu platformada yavaş-yavaş hasilat artır. Ancaq bununla belə, 11 ayın yekunlarına görə, neft 1.1 milyon ton azalıb. Bu platforma 2025-ci ildə tam gücü ilə işləsə belə, azalmanın qarşısını ala bilməyəcək”,- deyə o, qeyd edib.

İ.Şabanın sözlərinə görə, “Gömrük və vergi orqanlarının xətti ilə dövlət büdcəsinə ödəmələr ildən ilə artır. Bununla da qeyri-neft sektorunun payında get-gedə artım müşahidə olunur. 10 il ərzində Dövlət Neft Fonduna daxilolmalar 18 milyard dollardan 6 milyard dollara düşüb, üç dəfə azalıb. Amma bu, ölkənin sosial və digər layihələrinə təsir göstərmədi. Məsələn, əvvəllər Dövlət Sosial Müdafiə Fondu dövlətdən illik 2 milyard dotasiya alırdı, indi isə büdcəsi 4 milyarddır və faktiki olaraq özü-özünü saxlayan quruma çevrilib”.

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna açıqlamasında isə ölkədə neft hasilatının pik dövrünü xatırladıb:

“Az qala 1 milyon barel gündəlik neft hasilatımız var idi. İndi isə gündəlik hasilatımız təqribən 480 min bareldir. Hökumətin əsas istəyi ondan ibarətdir ki, yeni yataqların köməkliyi ilə, heç olmasa, azalma dayansın və 500 min barel səviyyəsində sabitləşsin. Son vaxtlar görülən işlər məhz bundan xəbər verir”.

O hesab edir ki, neft hasilatının sabitləşməsi yönündə atılan tədbirlər müəyyən qədər bəhrəsini verəcək:

“Xarici neft şirkətləri ilə yeni yataqlarla bağlı hasilatın pay bölgüsü anlaşmaları var. Amma bu, böyük yataqlar deyil, ən yaxşı halda gündəlik hasilatı 15-30 min barel olan yataqlardır. Üç-beş belə yataq işə düşsə, təqribən 120 min barel çıxarmaq mümkün olar ki, bu da 500 min barel səviyyəsində əmtəəlik neft hasilatının sabitləşməsinə səbəb ola bilər”.

N.Cəfərlinin vurğuladığına görə, qeyri-neft sektorunda rəqəmsal olaraq müəyyən artım olsa da, Azərbaycanın bütün aqrar ixracatı heç 1 milyard dollara çatmır:

“Amma Türkiyənin bölgəsi olan Antalyanın aqrar ixracatı 2 milyard dollardan yuxarıdır. Bu nöqteyi-nəzərdən yanaşsaq, yaxın illərdə Azərbaycanın qeyri-neft ixracatı və istehsalından gəliri neft gəlirlərinin yarısına belə çata bilməz”.

Qeyd edək ki, bu il sentyabrın 20-də “Əsrin neft müqavələsi”nin 30-cu ili tamam oldu.

2017-ci il sentyabrın 14-də bu müqavilənin müddəti (əvvəl 30 illik bağlanmışdı) 2050-ci ilə qədər uzadılıb. Söhbət “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən gedir. Orada şirkətlərin iştirak payları hazırda belədir: BP (30.37%), SOCAR (25%), MOL (9.57%), “INPEX Corporation” (9.31%), “Equinor” (7.27%), “ExxonMobil” (6.79%), “TPAO Turkish Petroleum Corp.” (5.73%), “ITOCHU International Inc.” (3.65%), “ONGC Videsh Ltd.” (2.31%).

“Əsrin neft müqaviləsi”ndən Azərbaycan indiyə kimi birbaşa 200 milyard ABŞ dollarından çox vəsait əldə edib. Neft Fondunda hazırda 61 milyard dollar var. Fonddakı vəsaitlərin böyük bir qisminin büdcəyə transfert edildiyi, yerli və Azərbaycan üçün əhəmiyyətli bir sıra beynəlxalq layihələrin maliyyələşdirilməsinə xərcləndiyi açıqlanıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Dekabr 2024 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri