Icma.az
close
up
RU
Gələn il Azərbaycanda avtomobillər bahalaşacaq AÇIQLAMA

Gələn il Azərbaycanda avtomobillər bahalaşacaq AÇIQLAMA

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü ilin sonu yaxınlaşır. Ekspertlər deyir ki, bu il avtomobil bazarında durğunluq yaşansa da, qiymətlərin artdığı müşahidə edilib.

Növbəti illə bağlı proqnozlar da səsləndirilir. Bəzi ekspertlər 2025-ci ildə avtomobillərin bahalaşacağını düşünür.

İqtisadçı ekspert Natiq Cəfərli Modern.az-a bildirib ki, Azərbaycanda avtomobil bazarında müəyyən durğunluq var:

“Amma satışların və ölkəyə gətirilən avtomobillərin həcminə baxanda ciddi keçən ilə nisbətən ciddi azalma yoxdur. Sadəcə olaraq xırda azalmalar mövcuddur. Qiymət artımına gəldikdə isə bu gələn il avtomobil şirkətlərinin verdiyi qərarlardan və Azərbaycanda ikinci əl bazarındakı vəziyyətdən. Bildiyimiz kimi Azərbaycanda bu sahədə müəyyən məhdudiyyətlər var. Benzinlə avtomobillərin ilinə görə ölkəyə gətirilmə məhdudiyyəti, hibrid və elektriklə işləyən avtomobillərdə 3 illik güzəştlər var. Geridə qalan nəqliyyat vasitələrinə isə güzəşt tətbiq olunmur. Bütün bunları nəzərə alsaq, gələn il qiymətlərdə müəyyən artımın olma ehtimalı yüksəkdir”.

Nəqliyyat eksperti Aslan Əsədov isə qeyd edib ki, ölkəmizə bu il kifayət qədər avtomobillər gətirilib:

“2024-cü ilin Azərbaycan nəqliyyat sektoruna düşərli olduğunu deyə bilərik. Çünki ölkəyə kifayət qədər avtomobillər idxal olundu və bununla bərabər yeni qaydalar da tətbiq edildi. İdxalın artmasının əsas səbəblərindən biri də taksi faəliyyəti üçün lisenziyaların verilməsi zamanı yeni hibrid avtomobillərin istismarına icazələrin verilməsi oldu. Bu nəqliyyat vasitələri özü də avtomobil parkının yenilənməsinə səbəb oldu. İlin sonuna doğru görəcəyik ki, utilizasiya prosesinin başlanması və 40 çox avotomobilin bu prosesə cəlb edilməsi avtomobil parkının müasirləşməsinə gətirib çıxara bilər. Ölkədə 2 milyondan çox nəqliyyat vasitəsi var, onların da 70%-i 10 ildən yaşlıdır. Bu olduqca ciddi göstəricidir”.

A.Əsədov bildirib ki, qış mövsümü bu bazarda durğunluq olur:

“Bu dövrdə kütləvi alıcılıq qabiliyyəti aşağı düşür. Bazarlarımızda son dövrlər yeni qonaqla tez-tez rastlaşırıq ki, bu Çin avtomobilləridir. Hibrid avtomobil bazarında Çin dünyada ilk yerlərdə qərarlaşıb. Azərbaycanda da bu avtomobillərin idxalına kifayət qədər maraq var. Bu avtomobillər Azərbaycan bazarında öz yerini tuta bilir. Ölkəmizdə bu avtomobillərin kifayət qədər servisləri açılır, ehtiyat hissələrinin satışı həyata keçirilir. Keçən il və bu il arasındakı əsas fərq müəyyən ödənişlərin tətbiq olunmasıdır. Bu ödənişlər isə çox ciddi dəyişiklik yaratmır. Ümumi topladıqda 150-200 manat aralığında əlavə rüsum və digər ödənişlər müşahidə edilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:367
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri