Gələn il Azərbaycanda yaşıl dövlət istiqrazlarının buraxılması planlaşdırılır EKSKLÜZİV
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Azərbaycanda yaşıl dövlət istiqrazlarının buraxılması planlaşdırılır.
“APA-Economics”in əldə etdiyi məlumata görə, Azərbaycanda yaşıl dövlət istiqrazlarının buraxılması üçün hazırlıq işlərinə başlanılıb. Məlumata görə, yaşıl dövlət istiqrazlarının hazırlanması məqsədilə xüsusi çərçivə sənədi artıq tərtib edilib və sənədin qısa zamanda təsdiqlənəcəyi gözlənilir.
Bildirilib ki, bu istiqrazlar üzrə cəlb edilən vəsait yaşıl enerji və dekarbonizasiya ilə bağlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Xüsusilə ekologiyaya mənfi təsir göstərən sahələr prioritet təşkil edəcək. Maliyyələşdiriləcək istiqamətlərə nəqliyyat sisteminin yenilənməsi, kənd təsərrüfatı, suvarma sistemləri və digər ekoloji layihələr daxil ola bilər. Məlumata görə, sənədin əhatə dairəsi kifayət qədər genişdir.
Qeyd edilib ki, yaşıl dövlət istiqrazlarının 2026-cı ildə buraxılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 08 Dekabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















