Gələn il büdcədən ictimai nəqliyyatla bağlı islahatlara 150 milyon manat ayrılacaq
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən hüquqi şəxslərə digər subsidiyalar üzrə 298,6 milyon manat artım nəzərdə tutulur.
"Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
"Bu, əsasən ictimai nəqliyyatda islahatlarla bağlı 150 milyon manat subsidiya proqnozlaşdırılması, dövlət zəmanəti verilmiş kreditlərin faizinin subsidiyalaşdırılması xərclərinin 59,2 milyon manat (36,3 dəfə), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ayrılacaq subsidiyanın 41,6 milyon (9,4 % artımla) nəzərdə tutulması ilə bağlıdır", - deyə Rəydə qeyd olunub.
Baxış sayı:113
Bu xəbər 18 Noyabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















