Icma.az
close
up
RU
Gələn il əməkhaqqı nə qədər olacaq?

Gələn il əməkhaqqı nə qədər olacaq?

Icma.az, Metbuat saytına istinadən bildirir.

Azərbaycan 2026-cı ildə büdcə gəlirlərini artırmağı və neftdən asılılığı azaltmağı planlaşdırır.

Maliyyə Nazirliyinin açıqladığı ilkin proqnozlara əsasən, 2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat səviyyəsində gözlənilir. Bu göstərici 2025-ci ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 0,2 faiz, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 3,4 faiz çoxdur.

Beynəlxalq təşkilatların proqnozlarına görə, gələn il 1 barel xam neftin qiyməti 50–60 dollar intervalında dəyişəcək. Bununla yanaşı, büdcə gəlirləri strukturunda qeyri-resurs gəlirlərinin payı 57,4 faiz təşkil edəcək ki, bu da ölkəyə neft gəlirləri daxil olandan bəri rekord göstəricidir. Bu artım fiskal diversifikasiya siyasətinin güclənməsindən xəbər verir və Azərbaycanın neftdən asılılığının azalması baxımından mühüm addım hesab olunur.

Gələn il pensiyaların neçə faiz indeksləşdiriləcəyi və ümumilikdə nə qədər artımın olacağı da sual doğuran məsələlərdəndir.

Metbuat.az xəbər verir ki, bu barədə Kredit.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib ki, gələn ilin dövlət büdcəsinin həcmi builki ilə müqayisədə ciddi artım göstərmir:

“Buna görə də növbəti ildə əməkhaqlarında və digər sosial ödənişlərdə əhəmiyyətli artım gözlənilmir. Bununla belə, pensiyaların indeksləşdirilməsi hər il olduğu kimi həyata keçiriləcək. Bu, cari ilin orta aylıq əməkhaqqı artımına əsasən aparılacaq. Lakin minimum əməkhaqqı və digər sosial müavinətlərdə artım baş verəcəyi gözlənilmir”.

Devalvasiya ehtimalları barədə suala cavab verən iqtisadçı qeyd edib ki, hökumət 2029-cu il də daxil olmaqla manat-dollar məzənnəsində dəyişiklik nəzərdə tutmur:

“Vəziyyət dünya bazarlarında enerji resurslarının, xüsusən də neftin qiymətindən asılı olacaq. Əgər neftin qiyməti uzunmüddətli olaraq 50 dollardan aşağı düşərsə, o zaman məzənnə ilə bağlı risklər yarana bilər. Hazırda hökumətin proqnozları sabit valyuta siyasətinə əsaslanır və yaxın gələcəkdə devalvasiya ehtimalı rəsmi şəkildə istisna edilir. Buna görə də gələn il əməkhaqları və sosial ödənişlərlə bağlı ciddi artımların gözlənilməsi iqtisadi baxımdan məntiqə uyğun deyil”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri