Icma.az
close
up
RU
Gələn il minimum əməkhaqqı nə qədər ola bilər?

Gələn il minimum əməkhaqqı nə qədər ola bilər?

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


"Minimum əməkhaqqı müəyyən edilərkən adətən inflyasiya, yaşayış xərcləri, orta əməkhaqqının səviyyəsi və artım tempi, əmək məhsuldarlığı, məşğulluq və ümumi iqtisadi vəziyyət nəzərə alınır. Azərbaycanda da 2027-ci il üzrə mümkün rəqəmi təxmin etmək üçün bu göstəricilərlə yanaşı, əvvəlki illərdə minimum əməkhaqqının necə artırıldığına, yəni yanaşma təcrübəsinə baxmaq olar".
Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, 2020 və 2021-ci illərdə minimum əməkhaqqı 250 manat olub:
"2022-ci ildə 50 manat və ya 20% artırılaraq 300 manata, 2023-cü ildə 45 manat və ya 15% artırılaraq 345 manata, 2025-ci ildə isə 55 manat və ya 15,9% artırılaraq 400 manata çatdırılıb. 2024 və 2026-cı illərdə artım olmayıb. Yəni son üç artımın hamısı 15-20% intervalında olub".
İqtisadçı xatırladıb ki, 2025-ci ildə ölkədə orta aylıq nominal əməkhaqqı 1102,9 manat olub:
"2026-cı ilin yanvar-iyulunda bu göstərici artıq 1176,7 manata çatıb. 2027-ci il üçün isə 1288,3 manat proqnozlaşdırılır. Beləliklə, 2025-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2027-ci ildə orta əməkhaqqının təxminən 185 manat və ya 16,8% yüksək olacağı gözlənilir.
Bu müqayisə minimum əməkhaqqı üzrə mümkün rəqəmi ehtimal etmək üçün ciddi əsasdır. Yəni, 2025-ci ilin faktiki göstəricisi ilə 2027-ci il üçün olan proqnozu müqayisə etdikdə orta aylıq əməkhaqqında 16,8% artım gözlənilir. Minimum əməkhaqqında da buna yaxın artım olarsa, 400 manat təxminən 465-470 manata yüksəlir".
Eldəniz Əmirovun sözlərinə görə, inflyasiya tərəfdən baxdıqda isə bir qədər aşağı nəticə alınır:

"2026-cı ilin yanvar-avqust aylarında illik inflyasiya 5,7% təşkil edib, 2027-ci il üçün isə orta illik inflyasiya 5,3% proqnozlaşdırılır. Bu göstəricilər minimum əməkhaqqının artımında yalnız inflyasiya amili əsas götürüldükdə, 450 manata yaxın rəqəmin mümkün ola biləcəyini göstərir.
Beləliklə, iki fərqli göstərici bizə müəyyən interval verir. İnflyasiya üzərindən hesablama təxminən 450 manata, orta əməkhaqqının artım tempi isə 465-470 manata aparır. Eyni zamanda əvvəlki minimum əməkhaqqı artımların da 15-20% intervalında olması da bu rəqəmin 2027-ci il üçün 460 manatı və daha yuxarı rəqəmləri dəstəkləyən əlavə göstəricidir. 2027-ci ilin büdcə xərclərinin cəmi 1,7% artırılması isə ümumi maliyyə fonunun daha ehtiyatlı qurulduğunu göstərir. Amma minimum əməkhaqqını birbaşa büdcə xərclərinin artım faizinə bağlamaq doğru olmaz. Bütün bunları birlikdə qiymətləndirdikdə mənim 2027-ci il üçün gözləntim minimum əməkhaqqının 450-470 manat intervalında müəyyənləşdirilməsidir.
Bu interval daxilində isə 460 manat mənə daha real görünür. Bu isə 15% artım deməkdir və həm əvvəlki artımların aşağı həddinə, həm son iki ildə orta əməkhaqqının və qiymətlərin dəyişməsinə, həm də mövcud iqtisadi göstəricilərə yaxın nəticə verir.
470 manat variantının da kifayət qədər ciddi əsası var. Çünki minimum əməkhaqqı orta əməkhaqqı ilə eyni tempdə artırılarsa, hesablamanın özü təxminən bu rəqəmi verir".
İqtisadçı hesab edir ki, bütün bunları nəzərə alaraq, 2027-ci il üçün minimum əməkhaqqının 460 manat müəyyən ediləcəyini proqnozlaşdırmaq olar:
"470 manat da mümkün variantdır və əhalinin alıcılıq qabiliyyətinin qorunması, sosial dəstəyin gücləndirilməsi baxımından daha müsbət qərar olardı. 450 manatdan aşağı məbləğ isə arzuolunan deyil.
Beləliklə, gələn il minimum əməkhaqqının 460 manat olmasını həm mövcud iqtisadi göstəricilər, həm də əvvəlki illərin artım təcrübəsi nəzərə alınmaqla mümkün variantlar arasında ehtimalı ən yüksək olan məbləğ hesab edirəm".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Sentyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri