Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Futbol bileti olanlar vizanı tez alacaqlar

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Gələn il iki dəfə Günəş, iki dəfə Ay tutulması baş verəcək Yeni Çağ Media

Gələn il iki dəfə Günəş, iki dəfə Ay tutulması baş verəcək Yeni Çağ Media

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ildə iki Günəş, iki Ay olmaqla ümumilikdə dörd tutulma baş verəcək.

Bu barədə Yenicag.az-a Şamaxı Astrofizika rəsədxanasından xəbər verilib.

Bildirilib ki, tutulmalar zamanı Ay, Yer və Günəş fəzada demək olar ki, bir düz xətt boyunca yerləşirlər. Lakin Ayın orbit müstəvisi ekliptika müstəvisi ilə cəmi 509′-lik bucaq əmələ gətirir. Bu fərqə görə biz hər ay deyil, Ay və Günəşin müəyyən konfiqurasiyasında tutulmaları müşahidə edə bilirik. Günəş tutulmasının baş verməsində isə əlavə olaraq Günəş və Ay diskinin görünən bucaq ölçüsünün eyni olması da mühüm rol oynayır.

2025-ci ildə iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma baş verəcək. 14 mart və 7 sentyabrda baş verəcək Ay tutulmalarının hər ikisi tam Ay tutulması olacaq. Tam Ay tutulması zamanı Ay bütövlükdə Yerin kölgəsindən keçir. 29 mart və 21 sentyabra təsadüf edən Günəş tutulmaları isə qismən tutulma olacaq, yəni ay Günəş diskini tamamilə örtə bilməyəcək. 2025-ci ildəki tutulmalardan yalnız biri – 7 sentyabrda baş verəcək Ay tutulması Azərbaycandan müşahidə olana biləcək.

14 martda ilin ilk Ay tutulması baş verəcək. Bu tutulma Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın bir hissəsi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edəcək. Tutulma Bakı vaxtı ilə saat 07:57-də başlayacaq və 14:00-da bitəcək. Ümumilikdə 6 saat davam edəcək. Tutulmanın maksimumumu saat 10:58-də olacaq.

7 sentyabrda isə ikinci Ay tutulması olacaq. Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı, Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq. Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və 8 sentyabr 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.

İlin ilk Günəş tutulması isə 29 martda baş verəcək. Günəş tutulması ümumilikdə Şimali Amerikanın şimal-şərq hissəsi, Cənubi Amerikanın şimalı, Avropa, Asiyanın şimalı, Arktika, Atlantik okeanı əhatə edəcək. Tutulma Bakı vaxtı ilə saat 12:50-də başlayacaq və saat 16:43-də bitəcək.

Sonuncu tutulma hadisəsi 21 sentyabra təsadüf edir.Tutulma Avstraliyanın cənub şərq hissəsini, Sakit və Atlantik okeanı, Antarktidanı əhatə edəcək. Bakı vaxtı ilə saat 17:29-da başlayıb saat 21:53-də bitəcək tutulmanın maksimumu saat 19:41-ə uyğun gəlir.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 28 Dekabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see410

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see266

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see266

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see218

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see167

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see162

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see155

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see152

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see152

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see141

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see141

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see131

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see130

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see129

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see124

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see124

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri