Icma.az
close
up
RU
Gələn il iki Günəş, iki Ay tutulması olacaq

Gələn il iki Günəş, iki Ay tutulması olacaq

Icma.az, Report.az saytına istinadən bildirir.

Gələn il iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.

Bu barədə “Report”a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Məlumata görə, martın 14-ü və sentyabrın 7-də baş verəcək Ay tutulmalarının hər ikisi tam tutulma olacaq. Tam tutulma zamanı Ay bütövlükdə Yerin kölgəsindən keçir. 29 mart və 21 sentyabra təsadüf edən Günəş tutulmaları isə qismən olacaq, yəni ay Günəş diskini tamamilə örtə bilməyəcək. 2025-ci ildəki tutulmalardan yalnız biri - 7 sentyabrda baş verəcək Ay tutulması Azərbaycandan müşahidə oluna biləcək.

Martın 14-dəki ilk Ay tutulması Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın bir hissəsi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edəcək. Tutulma Bakı vaxtı ilə saat 07:57-də başlayacaq və saat 14:00-da bitəcək. Ümumilikdə 6 saat davam edəcək tutulmanın maksimumu saat 10:58-də olacaq.

Sentyabrın 7-də isə ikinci Ay tutulması olacaq. Təbii hadisə əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı, Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq. Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və 8 sentyabr 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.

İlin ilk Günəş tutulması isə 29 martda baş verəcək. Günəş tutulması ümumilikdə Şimali Amerikanın şimal-şərq hissəsi, Cənubi Amerikanın şimalı, Avropa, Asiyanın şimalı, Arktika, Atlantik okeanı əhatə edəcək. Tutulma Bakı vaxtı ilə saat 12:50-də başlayacaq və saat 16:43-də bitəcək.

Sonuncu tutulma hadisəsi 21 sentyabra təsadüf edir. Tutulma Avstraliyanın cənub şərq hissəsini, Sakit və Atlantik okeanı, Antarktidanı əhatə edəcək. Bakı vaxtı ilə saat 17:29-da başlayıb saat 21:53-də bitəcək tutulmanın maksimumu saat 19:41-ə uyğun gəlir.

Tutulmalar zamanı Ay, Yer və Günəş fəzada demək olar, bir düz xətt boyunca yerləşirlər. Lakin Ayın orbit müstəvisi ekliptika müstəvisi ilə cəmi 509 dərəcəlik bucaq əmələ gətirir. Bu fərqə görə biz hər ay deyil, Ay və Günəşin müəyyən konfiqurasiyasında tutulmaları müşahidə edə bilirik. Günəş tutulmasının baş verməsində isə əlavə olaraq Günəş və Ay diskinin görünən bucaq ölçüsünün eyni olması da mühüm rol oynayır.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://report.az
archiveBu xəbər 28 Dekabr 2024 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri