Icma.az
close
up
RU
Gələn il orta pensiya 580 manata yaxınlaşacaq

Gələn il orta pensiya 580 manata yaxınlaşacaq

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin proqnoz göstəricisi (cəmi 7992,88 mln. manat) 2025-ci ilin təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 10,85 faiz və ya 782,35 mln. manat çox nəzərdə tutulur.

Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı il üzrə proqnozların tərtibi zamanı əmək pensiyaları xərclərinin nominal əməkhaqqının gözlənilən artım tempinə uyğun indeksləşdirilməsi (1101,6*100/1009,2=109,2 faiz) nəzərə alınıb. Əmək pensiyalarının proqnozunun hesablanması zamanı 2025-ci ilin sonuna pensiyaların aylıq məbləğinin 602,0 mln. manat olacağı, eləcə də pensiya məbləğlərində aylıq dəyişkənlik dinamikası nəzərə alınaraq 2026-cı ildə pensiya xərclərinin 7992,88 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.

İqtisadiyyat Nazirliyinin rəsmi məlumatı əsasında nominal əməkhaqqı üzrə 2025-ci ildə artım tempinin 9,2 faiz təşkil etməsi nəzərə alındıqda 2026-cı ildə əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükünün təqribən 635,59 mln. manatadək olması gözlənilir.

Nominal əməkhaqqı üzrə göstərici dəyişəcəyi təqdirdə, pensiya və bəzi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət növləri üzrə proqnozlaşdırılan xərc göstəricilərində dəyişikliklər mümkündür.

Belə ki, artım tempinin əlavə olaraq cəmi 1 faizədək dəyişməsinin təkcə illik pensiya xərclərinə təsiri təqribən 72,0 mln. manat ətrafında gözlənilir.

Əmək pensiyaları üzrə illik xərclərin hesablanmasının əsas metodoloji elementlərini aşağıdakı parametrlər təşkil edir:

Əmək pensiyalarının xərclərinin əvvəlki illə müqayisədə artımı əsasən aşağıdakı amillərlə bağlıdır:

- indeksləşdirilmə ilə bağlı;
- inventarizasiya ilə əlaqədar pensiyaların yenidən hesablanması;
- “Əmək pensiyaları haqqında” Qanunun 37.3-cü bəndinə əsasən (pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə);
- il ərzində sistemə yeni daxil (yeni pensiya təyinatları) olmuş pensiyaçılar və həmin pensiyaçılara ödənilmiş pensiya məbləğləri ilə il üzrə sistemdən çıxmış pensiyaçılar və həmin pensiyaçılara hesablanmış pensiya məbləğləri (ölüm, müddət bitməsi və s. ilə əlaqədar pensiya ödənişinin dayandırılması halları üzrə) arasında müsbət saldo;
- “Əmək pensiyaları haqqında” Qanunun 20.17-ci bəndi üzrə müraciətlə (təminat xərcliyinin 35-50 faizindən 80 faizinə çatdırılma) əlaqədar;
- əlavə sənədlərin təqdim edilməsi ilə əlaqədar yenidən hesablama (əmək kitabçası, arxiv arayışı, əməkhaqqı arayışı və sair təqdim edilməsi halları üzrə müraciətlər zamanı);
- qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi zamanı hər il yaş həddinin 6 ay artırılması ilə bağlı tələbin 2027-ci ilin iyulun 1-də başa çatması ilə əlaqədar pensiya sisteminə daxil olan kontingent sayı artması və s.

Müvafiq amillərin təsirləri nəzərə alınmaqla 2026-cı ildə orta pensiya məbləğinin 2025-ci ildə gözlənilən 537,0 manat məbləğindən təqribən 7,9 faiz artmaqla 579,2 manat ətrafında məbləğ təşkil edəcəyi proqnozlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Noyabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri