Gələn il orta pensiya məbləği 580 manat təşkil edəcəyi proqnozlaşdırılır
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2026-cı ildə orta pensiya məbləğinin 579,2 manat təşkil edəcəyi proqnozlaşdırılır.
Ölkə.az xəbər verir ki, bu, 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, bu məbləğ 2025-ci ildə gözlənilən 537 manatdan 7,9 faiz çoxdur.
Sənəddə həmçinin vurğulanıb ki, İqtisadiyyat Nazirliyinin rəsmi məlumatı əsasında nominal əməkhaqqı üzrə 2025-ci ildə artım tempinin 9,2 faiz təşkil etməsi nəzərə alındıqda 2026-cı ildə əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükünün təqribən 635 milyon 590 min manatadək olması gözlənilir.
Bildirilib ki, nominal əməkhaqqı üzrə göstərici dəyişəcəyi təqdirdə, pensiya və bəzi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət növləri üzrə proqnozlaşdırılan xərc göstəricilərində dəyişikliklər mümkündür. Belə ki, artım tempinin əlavə olaraq cəmi 1 faizədək dəyişməsinin təkcə illik pensiya xərclərinə təsiri təqribən 72 mln. manat ətrafında gözlənilir.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2026-cı il dövlət büdcə zərfi müzakirəsinə başlanılıb.
İclasda maliyyə naziri sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Taleh Kazımov, gömrük komitəsinin sədri Şahin Bağırov, Hesablama palatası sədri Vüqar Gülməmmədov iştirak edir.
Mürtəza
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 04 Noyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















