Icma.az
close
up
RU
Gələn ildən Bakıda kütləvi söküntülər dayanır Köhnə mənzillər ucuzlaşacaq

Gələn ildən Bakıda kütləvi söküntülər dayanır Köhnə mənzillər ucuzlaşacaq

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Bakı şəhərində kütləvi söküntü işlərinin dayandırılması ilə bağlı iddialar yayılıb.

Milli.Az xəbər verir ki, bu iddianın qaynağı isə 2026-cı ilin dövlət büdcəsindən paytaxtda söküntü və köçürülmə üçün vəsaitin ayrılmaması göstərilir.

Növbəti ildə şəhərdə büdcə pulu hesabına yalnız  Mərkəzi Parkın dördüncü hissəsi üçün "Sovetski" adlanan ərazidə söküntülər və sakinlərə kompensasiyaların ödənilməsi nəzərdə tutulub.

Həmin işlər Nizami küçəsi ilə Mirzəağa Əliyev küçəsi arasındakı ərazini, Tolstoy, Süleyman Tağızadə küçələrini və Təzə Pir məscidinin alt hissəsini əhatə edəcək.

Bundan başqa, 2026-cı ildə Bakının Sabunçu rayonu ərazisində iki ədəd iki mərtəbəli, Nizami rayonunda isə iki ədəd 5 mərtəbəli binanın söküntüsü planlaşdırılır. Orada yaşayan sakinlərə də kompensasiya ödəniləcək.

Bəs, Bakıda söküntü işlərinə dövlət vəsaitinin ayrılmaması əmlak bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli Milli.Az-a açıqlamasında bildirib ki, dövlətin kütləvi söküntü layihələrini maliyyələşdirməməsi yeni tikinti üçün geniş ərazilərin yaxın illərdə boşaldılmayacağını göstərir. Bu, həm yeni layihələrin ləngiməsinə, həm də əmlak bazarında təklif-tələb balansının dəyişməsinə səbəb ola bilər:

"Özəl şirkətlər vasitəsilə söküntü aparmaq hüquqi baxımdan mümkündür, lakin bu proses daha mürəkkəb razılıq və planlaşma tələbləri ilə üzləşir. Köhnə binaların sökülmə ehtimalının zəifləməsi isə bu mənzillərin risk statusunu qismən azaldır. Neçə illərdir "mənzil söküləcək-sökülməyəcək" kimi qeyri-müəyyənlik yaşayan alıcılar üçün indi vəziyyət daha sabit görünə bilər. Bu, müəyyən hissədə marağın qorunmasına səbəb ola bilər".

Akif Nəsirli qeyd edib ki, söküntü gecikdikcə bazarda mənzil təklifi azalacaq və bu, köhnə binalar da daxil olmaqla yaşayış fondunun qiymətlərində artım tendensiyası yarada bilər.

Eyni zamanda ekspert nəzərə çatdırıb ki, texniki cəhətdən köhnə binaların istismar müddəti, lift və kommunikasiya problemləri, təmir xərclərinin yüksəkliyi alıcıların bir qismini uzaq saxlayacaq. Maraq yenə də əsasən daha münasib qiymət axtaranlar tərəfindən formalaşacaq:

"Söküntü dayandıqda inşaatçılar üçün boş torpaq tapmaq daha da çətinləşir. Bu, yeni layihələrin sayını azalda və bazarda yeni tikililərin bahalaşmasına səbəb ola bilər. Mərkəzi və yaxud yaxşı infrastruktur olan ərazilərdə söküntü vasitəsilə yeni tikinti planları dayananda, həmin zonalarda qiymət artımı daha sürətli ola bilər. Çünki təklif minimuma enir".

Söküntü altında olan ərazilərdə əvvəllər yaranmış köçürmə gözləntiləri kirayə bazarında dalğalanma yaratdığını söyləyən iqtisadçı vurğulayıb ki, indi  stabil vəziyyət yarandığı üçün köhnə binalarda kirayə qiymətlərinin də bir müddət sabitləşməsi mümkündür

Ekspert əlavə edib ki, söküntü prosesinin qeyri-müəyyənləşməsi investorların davranışına ciddi təsir göstərə bilər. Uzunmüddətli investisiyalar daha riskli görünə bilər, bəziləri bazarı müşahidə edəcək, digərləri isə bəzi köhnə mənzilləri fürsət kimi qiymətləndirə bilər.

"Ümumilikdə, bazarda ehtiyatlı və gözləmə mövqeyi güclənəcək. Köhnə mənzillərə maraq tamamilə azalmayacaq. Əksinə, yeni tikililərin təklifi azaldıqca köhnə fond daha cəlbedici alternativə çevrilə bilər. Qeyri-müəyyənliyin azalması köhnə binalarda yaşayanlar üçün psixoloji rahatlıq yaradır, lakin texniki risklər və təmir problemləri hələ də ciddi faktordur. Bu baxımdan köhnə binalara maraq daha çox segmentləşəcək: münasib qiymət axtaranlar üçün cəlbedici, müasir şərait axtaranlar üçün isə ikinci seçim olaraq qalacaq".- deyə Akif Nəsirli fikrini yekunlaşdırıb.

Mina Mikayılova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Noyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see211

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see206

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see156

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see141

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see141

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see140

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see136

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see134

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see134

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see129

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see129

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see129

Nazirin keçmiş müşavirinə yeni vəzifə verildi

12 Noyabr 2025 17:13see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri