Icma.az
close
up
RU
Gələn ildən vergi elastikliyi artacaq

Gələn ildən vergi elastikliyi artacaq

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə bəzi mənbələrdən proqnozlaşdırılan gəlirlərin reallaşdırılmasında ciddi risklər yaranmayacaq, bəzi mənbələr üzrə vergi elastikliyi artacaq.


Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bunu Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.


Bundan başqa, onun sözlərinə görə, əvvəlki ildə müşahidə olunan meyilə uyğun olaraq Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmaların çox nəzərdə tutulması tendensiyası davam etdirilib, gəlirlərin proqnozlaşdırılması prosesində istifadə olunan iqtisadi göstəricilərin tərkib komponentlərində əhəmiyyətli dəyişikliklərin baş verməməsi şərti ilə müəyyən edilmiş proqnozların icra olunacağı qənaətinə gəlinib.


"2026-cı ilin büdcə xərcləri "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası", o cümlədən "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" kimi strateji proqramları əhatə edir", - deyə sədr müavini əlavə edib.


Bundan başqa, Palata rəsmisi deyib ki, növbəti ildən dövlət adından yaradılan publik hüquqi şəxslərə və müvafiq müəssisələrə dövlət büdcəsindən ödənişlərin xəzinənin müşayiəti ilə aparılması nəzərdə tutulur: "Hesab edirik ki, bu, vəsaitlərin təyinatı üzrə istifadəsi üzərində nəzarəti gücləndirəcək. Növbəti ilin dövlət büdcəsində bir sıra dövlət proqramı və tədbirlər üzrə xərclərin icrasının İcbari Tibbi Sığorta Fondunun vəsaitləri hesabına həyata keçirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kifayət edici təminatlar mövcuddur".


Həmçinin onun sözlərinə görə, növbəti ildə dövlət büdcəsi kəsirinin 2,6 milyard manatının borclanmadan cəlb olunan vəsaitlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulur: "Kəsirin maliyyələşdirilməsində borclanmanın əsas mənbə kimi ön plana çıxması orta və uzunmüddətli perspektivdə borc yükünün artmasını şərtləndirməklə risk amili kimi qiymətləndirilə bilər. Əvvəlki illərin proqnoz göstəricilərinə nisbətən 2025-2026-cı illərdə kəsirin maliyyələşdirilməsi mənbəyi kimi borclanmanın kəsirə kəskin şəkildə yaxınlaşması diqqəti cəlb edən məqamlardandır".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://missiya.az
archiveBu xəbər 07 Noyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri