Icma.az
close
up
RU
Gələn ildən nağdsız ödənişlər artacaq SƏBƏB

Gələn ildən nağdsız ödənişlər artacaq SƏBƏB

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Son günlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri işsizlər üçün sığorta haqqının kim tərəfindən ödənilməsi məsələsidir. 

Qaydalara görə, işçilər üçün sığorta haqları işəgötürən tərəfindən, sahibkarlar və qeyri-formal məşğul şəxslər üçün isə özləri tərəfindən ödənilməlidir. Digər bütün kateqoriyalar üzrə ödəniş öhdəliyi dövlətin üzərinə düşür. 

Bəzi vətəndaşlar var ki, rəsmi işçi kimi qeydiyyatda olmasalar da, göstərdikləri işin müqabilində zəhmət haqlarını nağd şəkildə, əldən alırlar.

Ekspertlər bildirir ki, rəsmi gəliri olmayan hər kəsin avtomatik olaraq qeyri-formal məşğul hesab olunması mümkün deyil.

Evdar qadın, yaşlı valideynə baxan şəxs və ya müvəqqəti işləməyən vətəndaş məşğuldur, amma bu məşğulluq iqtisadi fəaliyyət sayılmır və qeyri-formal kateqoriyasına aid edilə bilməz. 

Qanunun mahiyyətinə görə, şəxsin qeyri-formal işlədiyini sübut etmək vətəndaşın deyil, dövlətin vəzifəsidir. Əksinə sübut olunmadıqda isə həmin şəxs işsiz sayılmalı və onun sığorta haqqı dövlət tərəfindən ödənilməlidir.

Rəsmi gəliri olmayan şəxslərə bank kartlarından istifadə etməmək, əməliyyatları yaxın qohumların hesabları üzərindən həyata keçirmək və ya ümumiyyətlə nağd hesablaşmalara qayıtmaq kimi tövsiyələrin gündəmə gəlib. 

Bu yanaşma bir tərəfdən vətəndaşların özlərini hüquqi risklərdən qorumağa çalışmasının nəticəsi kimi görünürsə də, digər tərəfdən ölkədə formalaşdırılan maliyyə davranışlarına ciddi təsir göstərir. 

Son illər maliyyə sahəsində mühüm istiqamətlərindən biri kimi irəli sürülən nağdsız ödəniş siyasəti məhz şəffaflıq, izləniləbilən pul dövriyyəsi və bank sektorunun güclənməsi üzərində qurulur.

İnsanların nağdsız ödənişdən imtina etməsi ölkənin illərdir qurmağa çalışdığı nağdsız ödəniş siyasətinə ciddi zərbə vura, bank sektorunda pul dövriyyəsinə təsir göstərə bilər.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-hüquqşünas Əkrəm Həsənov bildirib ki, yeni qaydalardan sonra insanlar nağdsız ödənişlərə üstünlük verəcək:

“İnsanlar hiss etsələr ki, vergi orqanları onları tez-tez çağıraraq bank hesablar üzrə dövriyyə ilə bağlı sorğu-sual edir, “hesabınıza bu qədər pul niyə daxil olub?”, “bu vəsaitin mənbəyi nədir?” kimi suallar ünvanlayır, bir çox vətəndaş həmin gəlirləri düzgün şəkildə izah etməkdə çətinlik çəkə bilər.

Buna görə də insanlar özlərini risk altında hiss etdikləri üçün nağdsız ödənişlərdən uzaqlaşmağa, daha çox nağd ödənişlərə üstünlük verməyə başlayacaq. Bu isə həm bank sektorunun dövriyyəsinə, həm də illərdir formalaşdırılan nağdsız iqtisadiyyat siyasətinə mənfi təsir göstərir”.

Ekspert qeyd edib ki, dövlət orqanları qeyri-rəsmi gəlirlərin qarşısını almaq üçün müxtəlif nəzarət mexanizmlərini gücləndirə bilər:

“Lakin əgər bu sahədə narazılıqlar və sosial təpkilər artarsa, insanlar bank hesablarından məsafə saxlayacaq, nəticədə həm banklara daxil olan vəsaitin həcmi, həm də ümumi nağdsız ödəniş dövriyyəsi azala bilər”.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri