Icma.az
close
up
RU
Gələn ilin dövlət büdcəsi real iqtisadi şərtlərə əsaslanan strateji sənəddir ŞƏRH

Gələn ilin dövlət büdcəsi real iqtisadi şərtlərə əsaslanan strateji sənəddir ŞƏRH

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 noyabr, AZƏRTAC

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsi bu günlərdə Milli Məclisdə geniş müzakirə olunmaqdadır. Maliyyə naziri və Hesablama Palatası sədrinin təqdimatları zamanı ortaya qoyduqları real iqtisadi göstəricilər və maliyyə əsaslandırmaları növbəti ildə dövlət büdcəsindən səmərəli istifadə olunacağını deməyə əsas verir. 2026-cı ilin dövlət büdcəsi ilə bağlı Milli Məclisə təqdim olunmuş Büdcə zərfi idarəetmədə şəffaflıq və çeviklik prinsiplərinin gücləndirilməsini, eyni zamanda, büdcə siyasətində institusional yanaşmanı özündə ehtiva edir.

Bu il büdcə müzakirələrinin “Konstitusiya və Suverenlik İli”nə təsadüf etməsi isə qanun layihəsinin müzakirəsinə xüsusi əlamətdarlıq verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O qeyd edib ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703 milyon manat proqnozlaşdırır.

“Ümumiyyətlə, 2025-ci il dünyada geosiyasi və geoiqtisadi gərginliklərin artması fonunda qlobal iqtisadiyyatın zəifləməsi, beynəlxalq ticarətin daha durğun tempi ilə xarakterizə olunur. Bütün bunlara baxmayaraq Azərbaycanda makroiqtisadi mühitdə müsbət dinamika, iqtisadiyyatda artım müşahidə olunub, iqtisadiyyatın şaxələndirilməsi, qeyri neft-qaz məhsullarının ixracının genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilib. Bunun nəticəsidir ki, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi artıq 82,5 milyard dollara çatıb və xarici dövlət borcumuz ÜDM-in cəmi 6 faizinə bərabərləşib.

Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunun inkişafı, habelə büdcə siyasətində neftdən asılılığın tədricən azaldılması ilə bağlı verdiyi tapşırıqlar ardıcıl surətdə icra olunur və bu istiqamətdə nəzərəçarpacaq nəticələr əldə edilməkdədir. Bu siyasət Azərbaycanın uzunmüddətli iqtisadi təhlükəsizliyinin təmin olunması baxımından mühüm strateji xətdir.

Təsadüfi deyil ki, son illərdə qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi ilə bağlı görülən işlər daha da geniş vüsət almış, bu gün dövlət büdcəsində neft daxilolmalarından gələn gəlirlərin əvəzlənməsi prosesi çox böyük həssaslıqla həyata keçirilməkdədir.

Maliyyə Nazirliyi tərəfindən təqdim olunan rəqəmlər də onu göstərir ki, 2026-cı il büdcəsində neft gəlirlərindən asılılıq azalmağa davam edəcək. Belə ki, gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək transfert 2025-ci illə müqayisədə 1 milyard 646 milyon manat və ya 11,4 faiz az olacaq. Bu azalma təkcə qeyri-neft sektorunun inkişafını deyil, həm də büdcə gəlirlərinin şaxələndirilməsi istiqamətində görülən tədbirlərin real nəticələr verdiyini sübut edir”, - deyə deputat vurğulayıb.

M.Əfəndiyevin sözlərinə görə, əldə olunan uğurların təməlində Ulu Öndər Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli Fərmanına əsasən Dövlət Neft Fondunun yaradılması ilə bağlı uzaqgörən qərarı dayanır. Bu strateji addım Azərbaycanın neft gəlirlərindən səmərəli istifadə etməsinə, habelə gələcək nəsillər üçün mühüm maliyyə ehtiyatının formalaşdırılmasına xidmət etdi. Bu gün Fondun aktivləri ölkənin maliyyə təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır.

Bu uğurların əldə olunmasında səmərəli dövlət idarəçiliyi çərçivəsində hökumət tərəfindən qlobal çağırışların lokallaşdırılaraq düzgün icrası da mühüm rol oynayır. Azərbaycan uzun illərdir beynəlxalq təşkilatlarla, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı ilə qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında etibarlı tərəfdaşlıq qurub. BMT-nin bütün üzv dövlətləri tərəfindən 2015-ci ildə yekdilliklə qəbul edilən Dayanıqlı İnkişaf Məqsədləri universal sənədi artıq uzun illərdir Azərbaycanda yüksək səviyyədə icra olunaraq, ölkənin strateji inkişaf kursunun əsas elementlərindən birinə çevrilib.

“Beləliklə, 2026-cı il üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi real iqtisadi şərtlərə, milli prioritetlərə və uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq formalaşdırılmış sənəddir. Büdcənin strukturunda neftdən asılılığın azalması, qeyri-neft sektorunun dəstəklənməsi, sosial rifah tədbirlərinin genişləndirilməsi və yüksək texnoloji sahələrin maliyyələşdirilməsi kimi istiqamətlər xüsusilə diqqət çəkir. Dövlət büdcəsinin formalaşmasında monetar və fiskal siyasətlərin həssaslıqla icrası, makroiqtisadi sabitliyin təmin olunması ilə bağlı məsələlərin yer alması prioritet istiqamətlərdən biridir. Bu, ölkə iqtisadiyyatının dayanıqlılığını təmin etmək məqasədilə mövcud reallıqda mühüm şərtlərdən hesab olunur”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri