Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Gələn ilin büdcəsi Azərbaycanın milli təhlükəsizliyinin möhkəmlənməsi üçün strateji təminatdır ŞƏRH

Gələn ilin büdcəsi Azərbaycanın milli təhlükəsizliyinin möhkəmlənməsi üçün strateji təminatdır ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 noyabr, Səbinə Əlizadə, AZƏRTAC

2026-cı il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 8,7 milyard manat səviyyəsində müəyyən edilməsi Azərbaycanın milli təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından strateji zərurətdir. Bu rəqəm ölkə təhlükəsizliyinin təmin olunması, ordunun modernləşdirilməsi və yeni geosiyasi reallıqlara uyğun müdafiə konsepsiyasının gücləndirilməsi üçün mühüm maliyyə əsasını formalaşdırır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan bu günə qədər müdafiə və təhlükəsizlik sahəsinə ayırdığı vəsait hesabına ordusunu gücləndirərək regionda sabitlik yarada bilib. Lakin yaranmış yeni reallıq bu sabitliyin davamlı şəkildə qorunmasını tələb edir.

“Azərbaycanın lehinə dəyişən hərbi-siyasi üstünlük bəzi regional və transregional aktorlar tərəfindən birmənalı qarşılanmır. Bu səbəbdən təhlükəsizlik sahəsində hər hansı boşluğun hiss edilməsi dərhal ölkəmizə qarşı təzyiqlərin artmasına gətirib çıxara bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz çox ağır layları yerindən oynatmışıq və bu, müəyyən güc mərkəzlərinin emosional reaksiyasına səbəb olur”, - deyə deputat vurğulayıb.

Deputat bildirib ki, məhz buna görə 2026-cı il büdcəsində müdafiə və milli təhlükəsizlik məsələləri əsas prioritet kimi müəyyən edilib və bunun tərkibində 5 milyard manat həcmində vəsait müdafiə təyinatlı layihələrin icrasına yönəldilib. Bu vəsait ordunun təchizatının, hərbi sənayenin modernləşdirilməsinin və yeni hərbi-texnoloji imkanların tətbiqinin genişləndirilməsinə xidmət edir.

Hikmət Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyev təhlükəsizlik məsələlərini çoxşaxəli yanaşma ilə qiymətləndirərək kiber təhlükəsizlik, informasiya təhlükəsizliyi, ideoloji təhlükəsizlik və digər istiqamətlərin paralel şəkildə gücləndirilməsinin vacibliyini xüsusi vurğulayır. “Bu sahələrin hamısını bir ümumi təhlükəsizlik sistemi kimi dəyərləndirdikdə aydın olur ki, hərbi-siyasi təhlükəsizlik birinci dərəcəli əhəmiyyət daşıyır. Bu baxımdan xüsusi təyinatlı qüvvələrin sayının artırılması, onların ən müasir müdafiə və təhlükəsizlik vasitələri ilə təchiz edilməsi dövlətimizin əsas prioritetlərindəndir”, – deyə deputat əlavə edib.

Onun sözlərinə görə, ordunun peşəkarlığının yüksəldilməsi ilə yanaşı, onun təminatının, müasir silah və hərbi texnikanın alınmasının yüksək səviyyədə təşkili müdafiə xərclərinin artırılmasını zəruri edən başlıca amillərdəndir. “Hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyi milli təhlükəsizliyin gücündən asılıdır. Təhlükəsizlik zəif olduğu halda bir dövlətin hansı acıları yaşaya biləcəyini biz 30 il ərzində çox yaxşı gördük. Müstəqilliyimizin ilk illərində təhlükəsizlik məsələlərinin təmin edilməməsi böyük itkilərə səbəb oldu və ölkəmiz bunun nəticələrini uzun illər yaşadı”, - deyə deputat qeyd edib.

H.Babaoğlu bildirib ki, hazırda əldə olunan üstünlüklərin itirilməməsi, əksinə daha da gücləndirilməsi üçün müasir təhlükəsizlik siyasəti büdcədə öz əksini tapmalıdır: “Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi təkcə hərbi amillərlə məhdudlaşmır, həm də müdafiə sənayesinin inkişafı, ordunun modernləşdirilməsi və Türkiyə Ordusu modelinin vahid konseptual yanaşma ilə tətbiqi kimi strateji istiqamətləri əhatə edir”.

Deputat vurğulayıb ki, Azərbaycanın təhlükəsizliyi, eyni zamanda, ölkədən keçən və çoxsaylı dövlətlərin milli təhlükəsizliyi baxımından əhəmiyyətli olan beynəlxalq kommunikasiya və nəqliyyat xətlərinin təhlükəsizliyi ilə birbaşa bağlıdır. “Zəngəzur dəhlizinin, Transxəzər Rəqəmsal İpək Yolunun, habelə Transxəzər su nəqliyyatı dəhlizinin təhlükəsizliyinin əsas təminatçısı Azərbaycan Ordusudur. Bu baxımdan təhlükəsizlik məsələlərinə təkcə regional deyil, həm də qlobal müstəvidə yanaşmaq vacibdir”, - deyə H.Babaoğlu qeyd edib.

O, sonda bildirib ki, 2026-cı il dövlət büdcəsi təhlükəsizliyin təmin olunması və qarşıdakı strateji vəzifələrin icrası baxımından optimal maliyyə çərçivəsi formalaşdırır: “Bu büdcə Azərbaycanın milli təhlükəsizliyinin davamlı möhkəmləndirilməsinə, əldə edilən nailiyyətlərin qorunmasına və yeni strateji hədəflərin reallaşmasına etibarlı təminat verir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see393

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see203

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see155

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see154

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see146

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see144

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see144

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see143

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see139

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see135

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri