Gələn ilin dövlət büdcəsində kənd təsərrüfatına 1,172 milyon manat ayrılacaq
Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2025-ci ilin dövlət büdcəsində kənd təsərrüfatına 1,172 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. 2021-ci illə müqayisədə bu, 29 faizə yaxın artım deməkdir.
Bu sözləri maliyyə naziri Samir Şərifov parlamentin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin noyabrın 18-də keçirilən iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, kənd təsərrüfatı xərclərinin 45 faizi və yaxud 528 milyon manatı ölkənin ərzaq təhlükəsizliyi tədbirlərinin maliyyə təminatına sərf ediləcək. Cari illə müqayisədə bu, 5 faiz artım deməkdir. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması kənd təsərrüfatı xərclərinin tərkib hissəsi olmaqla, xərclərin 43,6 faizi və yaxud 511 milyon manatı müasir suvarma üsullarının tətbiqinə, subartezian quyularının saxlanılmasına və digər meliorasiya tədbirlərinə yönəldiləcək. Cari illə müqayisədə bu göstərici 2,2 faiz çox deməkdir. Digər tədbirlər üçün kənd təsərrüfatı xərclərinin 11,4 faizli həcmində və yaxud 133 milyon manat vəsait ayrılacaq. Buraya baytarlıq tədbirləri, kənd təsərrüfatı heyvanlarının, bitkilərin sığortalanması və kənd təsərrüfatı sahəsində maddi-texnik təminatın möhkəmləndirilməsi kimi tədbirlər daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 18 Noyabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















