Gələn il kənd təsərrüfatına nə qədər pul ayrılacaq?
Icma.az bildirir, Axar.az portalına istinadən.
2027-ci ildə dövlət büdcəsinin kənd təsərrüfatı bölməsi üzrə 1 milyard 379,5 milyon manat xərc nəzərdə tutulur.
Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda qeyd edilib.
Bu, 2026-cı illə müqayisədə 153 milyon manat və ya 12,5 faiz çoxdur.
Layihədə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi üzrə tədbirlərə 30,4 milyon manat ayrılması planlaşdırılır.
Baytarlıq tədbirləri üçün 53,3 milyon manat nəzərdə tutulur. Həmin məbləğ vaksin, dərman və baytarlıq ləvazimatlarının alınması, heyvanların identifikasiyası və elektron uçotu, həmçinin laboratoriya diaqnostikası kimi istiqamətləri əhatə edir.
Bitki xəstəlikləri və zərərvericilərinə qarşı mübarizəyə 5,7 milyon manat, aqrokimyəvi analizlər, pasportlaşdırma və toxum nəzarəti tədbirlərinə isə 7,8 milyon manat ayrılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 04 Noyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















