Icma.az
close
up
RU
Gələn ilin sentyabrından strukturlaşmış doktorantura proqramına başlanılacaq

Gələn ilin sentyabrından strukturlaşmış doktorantura proqramına başlanılacaq

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gələn ilin sentyabrından strukturlaşmış doktorantura proqramına başlanılacaq.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı”nda çıxışı zamanı bildirib.

“Strukturlaşmış, yəni əvvəli və nəticəsi bilinən yeni nəsil doktorantura proqramlarına başlaya biləcəyik. Xüsusilə məktəb və ali təhsil mərhələsində uzun illər ərzində formalaşmış problemlər nəticəsində elmi düşüncə, analitik yanaşma və metodoloji hazırlıq kifayət qədər inkişaf etməyib. Bunun nəticəsində yeni nəsil hələ doktorantura mərhələsindən etibarən elmi-tədqiqat fəaliyyətinə tam hazır vəziyyətdə başlaya bilmir. Bu isə çox ciddi problemdir. Çünki müşahidələr göstərir ki, doktorantura səviyyəsində əsas çatışmazlıq real elmi araşdırma aparmaq bacarığının, tənqidi düşüncənin və metodoloji əsasların yetərincə formalaşmamasıdır. İnsanlar elmi fəaliyyəti necə planlamağı, necə ölçmə aparmağı, nəticəni necə əsaslandırmağı sistemli şəkildə öyrənmirlər”, - nazir bildirib.


Emin Əmrullayev qeyd edib ki, metodologiya istənilən fəaliyyətin, istər elmi, istər sosial, istərsə də praktik sahənin əsas dayağıdır: "Metodologiya olmadan nə davamlı elmi iş qurmaq mümkündür, nə də uzunmüddətli nəticə əldə etmək. Bu boşluq gələcəkdə daha böyük fəsadlara yol açır: sosial layihələr yaranmır, elmi ənənələr formalaşmır, tarixi ardıcıllıq və institusional yaddaş qurulmur”.

Nazir hesab edir ki, bu problem ani və asan həll olunan məsələ deyil: “Uzun müddət ərzində insanlar sistemli və metodoloji yanaşma ilə fəaliyyət göstərmədikdə bu, ümumi düşüncə tərzinə çevrilir və nəticədə elmi və intellektual inkişaf ləngiyir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Dekabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri