Icma.az
close
up
RU
Gələn mövsüm daha yaxşı olacağımıza əminik Bəhlul Mustafazadə

Gələn mövsüm daha yaxşı olacağımıza əminik Bəhlul Mustafazadə

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin QOL.az saytına müsahibəsi

- Azərbaycan kubokunda 1/4 finalın ilk oyununda “Səbail”ə qalib gəldiniz. 1:0 hesablı qələbəni necə şərh edərdiniz?

- Oyun gözlədiyimiz kimi çətin keçdi. İstər meydan amili, istərsə də rəqib bizə kifayət qədər çətinliklər yaratdı. Sonda qalib gəldik. Lakin düşünürəm ki, daha yaxşı oynaya bilərdik.

- Daha yaxşı oynamağınıza nə mane oldu?

- Bəlkə də hava amilinin də təsiri oldu. Özünüz də gördünüz ki, küləyin güclü olmağı bəzən hava toplarında çətinlik yaradırdı. Ümumi götürdükdə komandamız yaxşı mübarizə apardı, sona qədər vuruşdu. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı təsir bağışlayaq.

- Yəqin razılaşarsınız ki, komandanız hazırda ideal formada deyil, hər zamankı əzəmətli “Qarabağ”a görmürük. Bunun səbəbi nədir?

- Avroliqadakı çıxışımızın da buna təsiri ola bilər. Buna baxmayaraq, toparlanmağa çalışırıq və daha yaxşı vəziyyətə gələcəyimizi bilirik. Qarşıda bizi çempionat oyunları, eləcə də kubokda cavab matçı gözləyir. Düşünürəm ki, zamanla hər şey öz yerinə oturacaq.

- Sizə elə gəlmir ki, “Qarabağ” Avroliqadakı çıxışına görə həddindən artıq çox tənqid olundu. Sanki komanda hər il yarımfinala kimi gedirdi, bircə bu il pley-offa düşə bilmədi...

- Bəlkə də bunda keçənilki nəticənin rolu var. Hamı ümid edirdi ki, “Qarabağ” yenə də həmin nəticələri təkrarlayacaq. Təəssüflər olsun ki, belə alındı. Əlbəttə, biz də istəməzdik ki, nəticələr bu cür olsun. Amma fərqindəyik ki, bu idmandır. Pis çıxışımızdan nəticə çıxardıb, gələn mövsüm daha yaxşı olacağımıza əminik.

- Legioner limitinin ləğvi barədə fikirləriniz necədir? Bu, futbolumuzun xeyrinə olacaq, yoxsa ziyanına?

- Açığı, mənim üçün dəqiq fikir demək çətindir. Çünki hər iki halda müəyyən arqumentlər gətirmək olar. Bu qərarın futbolumuza faydalı olub-olmayacağını zaman göstərəcək. Bəlkə yerli futbolçular da hardasa işlərinə əvvəlkindən daha məsuliyyətli yanaşmağa çalışacaqlar. Amma dediyim kimi, indi konkret proqnoz vermək, fikir bildirmək çətindir. Mənfi də ola bilər, müsbət də. Bəlkə də yerli futbolçuların xaricə üz tutmasına gətirib çıxacaq.

- Sizcə, bu, nə dərəcədə realdır?

- Zaman göstərəcək. İndidən nəsə demək çətindir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://qol.az
archiveBu xəbər 08 Fevral 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri