Bəhlul Mustafazadə: “Mövsüm dərslərlə dolu oldu”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ümid edirəm ki, gələn mövsüm avrokubokda daha yaxşı çıxış edə biləcəyik”.
Bunu İdman.biz-ə “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə deyib.
O, komandasının 12-ci çempionluğunu şərh edib. 28 yaşlı müdafiəçi bildirib ki, mövsüm maraqlı məqamlarla yadda qalıb: “Təəssüf ki, avrokubokda o qədər də uğurlu ola bilmədik. Ancaq çempionatda qalib gəlib, ölkə kubokunun finalına çıxdıq. Düşünürəm ki, bu mövsüm dərslərlə dolu oldu. Növbəti mövsüm builki təcrübəmizdən faydalanıb avrokubokda daha yaxşı çıxış edəcəyik”.
Mustafazadə klubunu dəyişməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Ötən mövsüm mənim üçün həm müsbət, həm də mənfi məqamlarla yadda qaldı. Ümumi götürdükdə isə mövsüm yaxşı keçdi. Karyeramı davam etdirməyə gəlincə, hələ ki, “Qarabağ”dayam”.
Qeyd edək ki, futbolçunun Ağdam təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 19 May 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















