Icma.az
close
up
RU
Gələnilki artımlar kimləri əhatə edəcək? Sosial paketin miqyası məlum olur AzPolitika onlayn siyasiictimai qəzet

Gələnilki artımlar kimləri əhatə edəcək? Sosial paketin miqyası məlum olur AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 18-dən Milli Məclisdə 2025-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb.

Müzakirəyə çıxarılan sənədlərdən, həmçinin Hesablama Palatasının müvafiq layihələrlə bağlı rəylərindən gələn il üçün nəzərdə tutulmuş sosial paketin miqyası məlum olur.

Əvvəlcə ondan başlayaq ki, növbəti ildə minimum əməkhaqqı və pensiyanın, sosial müavinətlərin, təqaüdlərin və digər ödənişlərin artırılması nəzərdə tutulub. Bu məqsədlə 2025-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərclərinin 2024-cü illə müqayisədə 1 milyard 370 milyon manat və ya 8,8 faiz artırılaraq 16 milyard 909,7 milyon manata çatdırılması proqnozlaşdırılıb.

Bununla belə, qeyd edilən istiqamətlərdə artımın nə qədər olacağı məlum deyil. Belə ki, müvafiq artımlar ölkə başçısının sərəncamları əsasında reallaşdırılır. Yalnız Hesablama Palatasının 2025-ci ilin dövlət büdcəsinə rəyindən məlum olur ki, gələn il minimum əməkhaqqı 400 manata çatdırılacaq.

Bu, ilk növbədə Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alanların tutduqları vəzifənin dərəcəsindən asılı olaraq maaşlarının 16 faizə qədər artacağı deməkdir. Digər tərəfdən minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu da 2025-ci ildən etibarən dövlət və ya özəl sektorda işləməsindən asılı olmayaraq heç kəsin 400 manatdan az maaş almayacağı mənasını verir. Bu amil, həmçinin özəl sektorda əməkhaqlarının artırılmasının “hərəkətverici qüvvəsi” ola bilər.

Ümumilikdə isə 2025-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının əvvəlki illə müqayisədə 9,1 faiz artaraq 1080,1 manata çatacağı proqnozlaşdırılır. Bu da növbəti ildə gözlənilən maaş artımına aydınlıq gətirmiş olur.

Əməkhaqlarından bəhs etdikdə, həmçinin qeyd olunmalıdır ki, 2024-cü ilin yanvar-sentyabr ayı ölkə üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb. İlin sonuna doğru bu göstəricidə dəyişiklik olmadığı təqdirdə 2025-ci ilin əvvəlində bütün əmək pensiyalarının bu səviyyədə artacağı gözlənilir.

Minimum pensiyalara gəldikdə, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda minimum pensiya məbləğinin minimum əməkhaqqı səviyyəsinin 75‒80 faizində saxlanılacağı bildirilir. Bu nisbətə əsaslansaq, 2025-ci ildə minimum pensiya məbləği maksimum 320 manat olmalıdır.

Eyni zamanda, ehtiyac meyarının həddinin 2024-cü illə müqayisədə 2025-ci ildə 15 manat artırılaraq 285 manata yüksəldilməsi nəzərdə tutulub.

Ehtiyac meyarı ünvanlı sosial yardımın təyin edilməsində tətbiq olunan göstəricidir. Bu da ona gətirib çıxaracaq ki, cari illə müqayisədə gəliri artmayan ailələrə edilən ünvanlı sosial yardımların məbləği artacaq. Məsələn, aylıq gəliri 800 manat olan ailə üçün nəzərdə tutulan ünvanlı sosial yardımın məbləği 2024-cü ildə 280 manat olduğu halda, 2025-ci ildə bu göstərici 340 manat təşkil edəcək.   (“Qafqazinfo” )    

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Noyabr 2024 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see301

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see196

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see183

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see159

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see127

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see124

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see123

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri