Gəlinləri Beckham ailəsini bəyənmir Səbəbi isə... (FOTOLAR)
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
David və Victoria Beckham cütlüyünün ilk övladı olan Brooklyn Beckham 2022-ci ildə məşhur model və aktrisa Nicola Peltz ilə ailə qurmuşdu. Lakin bu evlilikdən sonra Beckham ailəsində gərginliklər getdikcə dərinləşməyə başlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, evlilikdən sonra Brooklyn zamanla ailəsindən getdikcə uzaqlaşıb.
Bu uzaqlaşma sonradan ailə ilə tam əlaqənin kəsilməsi nöqtəsinə çatıb. Belə ki, Brooklyn Beckham atası David Beckhamın 50 illik yubileyindən sonra ailə üzvləri ilə heç bir əlaqə saxlamayıb, hətta onların ən özəl günlərində belə nə zəng edib, nə də görüşüb.
O, qardaş-bacıları ilə də münasibətləri kəsib. İngiltərəyə səfər etdiyi vaxtlarda belə ailəsinin heç bir üzvü ilə görüşmədən ABŞ-yə geri döndüyü bildirilir.
Məşhur gənc son olaraq Instagram hesabında həyat yoldaşının əlini möhkəm tutduğu bir foto paylaşıb və “Sən mənim hər şeyimsən” sözlərini yazaraq ailəsinə bir daha onları həyatından çıxardığına dair sərt mesaj göndərib.
İddialara görə, varlı ailədən olan məşhur aktrisa Nicola Peltz əvvəldən Beckham ailəsini özünə layiq görməyib və onlara isinə bilməyib. Evləndikdən sonra isə ailə ilə yaxın münasibət qurmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 26 Dekabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















