Lamiyənin gələcək gəlinləri ilə bağlı arzusu
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aparıcı Lamiyə Ələkbərova gələcək gəlinlərindən gözləntilərini açıqlayıb.
Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Günorta efirdəyik" verilişində danışıb.
"Hər zaman deyirəm ki, qarşıma xaraktercə özüm kimi gəlin çıxsın, başqasını istəmirəm. Qaynanaya qarşı ürəyi necədirsə, mənə qarşı da elə olsun. Bundan gözəl heç nə ola bilməz. Ana və atamız hamımız üçün çox əziz və əvəzolunmazdır. Amma qaynana və qaynataya da böyük hörmət qoymalıyıq.
Sabah oğullarım evlənib gəlin gətirəndə onlardan nə istəyə bilərəm ki? Bir gülər üz, bir şirin söz. Qabağıma bir fincan çay qoysa, gülə-gülə içəcəyəm. Qoymasa da deyəcəyəm ki, oğluma yaxşı baxs. Oğul anaları gəlindən başqa nə istəyir ki?".
Qeyd edək ki, aparıcının iki oğul övladı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 31 İyul 2026 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















