Gəlir vergisi artıq belə bəyan ediləcək
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Fiziki şəxslərin gəlir vergisi Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən bəyan ediləcək.
“Qafqazinfo”nun Trend-ə istinadən xəbərinə görə, bununla bağlı aidiyyəti dövlət qurumlarına müavfiq tapşırıqlar verilib.
Belə ki, İqtisadiyyat Nazirliyi oktyabr 1-dək xidmətin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təmin etməlidir.
Həmçinin, İqtisadiyyat Nazirliyinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə oktyabrın 10-dək xidmətin mövcüd iş axının təqdim edilməsi, noyabrın 10-dək xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması, dekabrın 20-dək xidmətin mygov biznes platformasında istifadəyə verilməsi (istismar mühitində) tapşırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 10 Aprel 2026 08:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















