Icma.az
close
up
RU
Gəlir vergisi geri qayıdır?

Gəlir vergisi geri qayıdır?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Növbəti ildən başlayaraq maaşlardan gəlir vergisi tutulacağı gözlənilir. 

Xatırladaq ki, 2019-cu ildən ölkədə vergi güzəşti tətbiq olunur və artıq 7 illik vergi güzəştinin müddəti başa çatır. Yəni 2026-ci ilin 1 yanvarında qeyri-dövlət sektorunda işləyən şəxslərinə güzəştin bitməsi ilə onların gəliri də gəlir vergisinə cəlb olunacaq. 

Yeni ildən gəlir vergisinin tətbiqi ilə bağlı “Cümhuriyət”-in suallarını iqtisadçı-ekspert Natiq Cəfərli cavablandırıb. "Cebheinfo.az" müsahibəni təqdim edir:

-Tətbiq edilən güzəştin müddətinin başa çatması ilə əlaqədar gəlir vergisi tətbiqi reallaşa bilərmi? 

-Əslində 7 il bundan öncə qərar qəbul olunanda məqsəd iqtisadiyyatın “ağardılması” idi və bunun effekti oldu. Əmək bazarında kifayət qədər “ağarma”nın şahidi olduq. Bu, Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların artımına da səbəb oldu. İndi əgər bu güzəşt ləğv olunacaqsa, çox təəssüf ki, “boz iqtisadiyyat”a, “boz maaş”lara yenidən dönüş ola bilər. 

Yəni insanlar üçün 14 faizlik gəlir vergisi böyükdür. Əgər bu, yenidən tətbiq olunsa, insanların maaşlarına ağır yük kimi düşəcək. Ya vətəndaşların əlinə az maaş gələcək, ya da sahibkarlar məcbur qalacaqlar ki, ciddi ixtisara getsinlər, xərcləri azalsın. Azərbaycan iqtisadiyyatında ciddi problem yarana bilər. 

-“Qara mühasibatlığ”a dönüş vətəndaşlar üçün hansı problemlər yaradacaq? 

-Bizdə güzəştlər tətbiq olunandan sonra özəl, qeyri-neft sektorları DSMF-yə daha çox ödənişlər etməyə başladı. İndi güzəşt ləğv olunur, köhnə qaydaya qayıdırıq. Bu, o deməkdir ki, DSMF-yə 3 faiz ödəniş edəcək, 14 faiz gəlir vergisi ödəyəcəyik. Gəlir vergisini ödəmək üçün maaşdan minimum əməkhaqqı çıxıldıqdan sonra 14 faiz ödəyəcəyik. Bu da il ərzində dövlət büdcəsinə 550-600 milyon manat əlavə gəlir gətirəcək. Ancaq DSMF-nin gəlirləri azalacaq. 

DSMF-nin də öhdəlikləri var. Ölkədə 1,2 milyon təqaüdçü var. Əgər orada gəlirlər azalacaqsa, o zaman dövlət büdcəsindən dotasiya veriləcək. Yəni burada nə fərqi var ki, vergi şəklində büdcəyə yığasan, sonradan onu DSMF-yə dotasiya kimi verəsən? Olmazmı ki, elə DSMF-yə 10 faiz ödəyiriksə, bu sistem davam etsin? Ən azı 7 il də uzadılsın ki, ölkə iqtisadiyyatında “ağarma” prosesini məntiqi sonluğa çatdırmaq mümkün olsun. 

Təəssüf ki, hələ nə rəsmi dövlət qurumları, nə parlamentdən bununla bağlı bir məlumat verilir. Ancaq bu müddət uzadılmasa da əlavə qanun qəbul edilməsinə ehtiyac yoxdur. Köhnə qaydaya qayıdacağıq. Bu isə o deməkdir ki, bu gün 1000 manat maaş alan onun 10 faizini DSMF-yə verirdi, indi həmin maaşından 3 faiz DSMF-yə, 2 faiz müxtəlif fondlara, 14 faiz də gəlir vergisi verəcək. Faktiki olaraq insanların ödədiyi vəsait 20 faizə yaxın artacaq. Bu da təbii ki, narazılıq yarada bilər.

-DSMF-yə ödənişlər azaldılarsa, problem yaranmayacaqmı?

-Təbii ki, problem yaranacaq. Ancaq qanunvericilikdə də nəzərdə tutulub ki, problem yaranan kimi oraya dotasiyalar verilir. Elə il olub 1 milyard, 1,2 milyard dotasiya verildiyini görmüşük. 7 illik qayda tətbiq olunduqdan sonra dotasiyalar bir az azalmışdı. 

-Yeni sistemin tətbiqi işdən çıxarılmaların artmasına səbəb ola bilərmi?

-Bəli, burada işəgötürənlərdən danışmaq lazımdır. Kiçik və orta sahibkarlığın vəziyyəti daha da ağırlaşacaq. Çünki sistem elə qurulub ki, işəgötürən də DSMF-yə ödənişlər edir. Bəs onların aqibəti necə olacaq? Bəli, kütləvi şəkildə işdən çıxarmalar baş verə bilər. Əsasən də özəl, qeyri-dövlət sektoru optimallaşma aparmağa məcbur qalacaq. 

Məsələn, 10 işçi işlədirdisə, indi onun sayını 8-ə salacaq. Həmin 8 işçidən daha çox iş tələb edəcək. Bu, məcburiyyətdən belə olacaq. Ona görə hələ ümid edirəm ki, qayda dəyişməyəcək. Çünki hələ bu barədə rəsmi açıqlama yoxdur. 

Əgər 100 faiz tətbiq olunmasına dair fikir olsaydı, ictimai rəyi bunun üçün hazırlayardılar. Hansısa deputat, nazir, müavin bununla bağlı açıqlama verərdi. Hələ ki, heç bir açıqlama yoxdur. Bu baxımdan, büdcə müzakirəsi zamanı bu 7 illik müddətin uzadıla biləcəyinə ümid edirəm. 

-Beləliklə, bu vergi sisteminin gətirəcəyi əsas problemlər işsizlik, “boz mühasibatlıq” olacaq…

-Təbii ki, bu sistem tətbiq olunarsa, işsizliyə, “boz mühasibatlığa” gətirib çıxaracaq. Bir tərəfdən, iqtisadiyyatda dalğalar yarada , digər tərəfdən isə yoxlayıcı qurumlar üçün əlavə stimul verə bilər. Onlar da gedib “boz əməkhaqq”ını görəndə daha çox yoxlayacaqlar, daha çox cərimələyəcəklər. Bu, artıq dövlət qurumları ilə biznes arasında növbəti anlaşılmazlığa gətirib çıxaracaq. 

Nigar Abdullayeva
"Cebheinfo.az" 

Açar sözlər: gəlir vergi Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:635
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri