Icma.az
close
up
RU
Gəlirinizi artırmağın ən yaxşı yolu İqtisadçıdan TƏKLİF

Gəlirinizi artırmağın ən yaxşı yolu İqtisadçıdan TƏKLİF

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Bitkoin”in (BTC) qiyməti sürətlə artaraq tarixi maksimumunu yeniləyib və 111 900 dolları keçib. Ekspertlər hesab edir ki, iqtisadi qeyri-müəyyənliklər, inflyasiya qorxusu və ənənəvi valyutalara olan inamsızlıq investorları kriptovalyutalara yönəldib.

Beynəlxalq valyuta bazarında baş verən bu dalğalanmalar haradan qaynaqlanır? Nəticəsi necə ola bilər?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, kriptovalyutalara təsir edən müəyyən amillər var:

“Bunlardan biri dolların zəifləməsidir. Belə olduqda, investorlar alternativ aktivlərə, o cümlədən kriptovalyutalara daha çox yatırım edirlər. Nəticədə kriptovalyutalara, xüsusilə də bitkoinə maraq artır. Digər tərəfdən, ABŞ-da “Genius” adlı qanun layihəsi hazırlanıb. Bu akt kriptovalyutaları ciddi şəkildə dəstəkləyir, investorların maraqlarını qoruyur – ona görə tələbat getdikcə çoxalır. Ötən bir ayda bitkoinin qiyməti dəfələrlə artdı. Eyni zamanda son vaxtlar müxtəlif texnoloji istiqamətlər, platformalar yeni funksiyalar təqdim edir, Bitkoin istifadəçiləri arasında birbaşa ticarət mümkün olur və onlar bununla, əvvəlkilərə nisbətən daha rahat şəkildə əməliyyatlar keçirə bilirlər”.

Elçin Rəşidov

İqtisadçı bildirib ki, Bitkoin məsələsinə uzunmüddətli perspektivdən baxmaq lazımdır:

“Bəzən ona rəqəmsal qızıl da deyirlər. Əgər riskləri qəbul edə bilirsinizsə, tələsmirsinizsə, yəni uzunmüddətli perspektivdə böyüməyə hazırsınızsa, bu zaman bazar dalğalanmalarına göz yummaq lazımdır. Digər tərəfdən, Bitkoin məsələsinə qısamüddətli qoşulanlar var, onlar bir növ lotereya ilə məşğuldurlar. Biz belə qumar oyunları üçün məsləhət verə bilmərik. Vətəndaşlarımızın isə qısamüddətli qiymət dəyişikliyindən qazanc əldə etmək üçün texniki analiz imkanları yoxdur. Bəzi şəxslər müəyyən platformalar vasitəsilə xidmətlərini təqdim edir, faizini qazanır. Təbii ki, əməliyyatların sayı sürətli olarsa, qazancları çox olur. Onların əksəriyyəti isə fırıldaqçıdır. Bəzən insanların optimist qərəzlərinə uyğun müxtəlif mesajlar verirlər, onları yaxşı treyder olacağına inandırırlar. Bütün qumarbazlar intuisiyalarının güclü olmasına güvənib tələyə düşürlər. Yatırımları yalnız Bitkoinə deyil, qızıla, digər qiymətli kağızlara və sair kimi ayrı-ayrı sahələrə etmək daha faydalıdır.

Günay Rəsulqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 May 2025 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri