Icma.az
close
up
RU
Minlərlə ailə var ki, evində aylarla ət qaynamır İqtisadçıdan TƏKLİF

Minlərlə ailə var ki, evində aylarla ət qaynamır İqtisadçıdan TƏKLİF

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Qarşıdan Qurban bayramı gəlir. Qurban bayramı isə gəlişi ilə ətə tələbatı artırır.

Bəs bayram öncəsi ətin bahalaşması gözlənilirmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova bildirdi ki, hər bayramqabağı olduğu kimi, bu bayramda da qiymət artımı gözlənilir.

"Xüsusilə də qurbanlıq diri heyvanın çəkisində qiymət artımı ola bilər. Əslində qiymət artımını təkcə bayramın gəlməsi ilə əlaqələndirmək olmaz. Əvvəlki illərin statistik göstəricisi ilə qarşılaşdırsaq, bu il ət idxalımız daha çox olub, bu da onu deməyə əsas verir ki, ölkədə heyvandarlıq azalıb. Dolayı yolla da təklif azaldığı üçün, tələb qarşısında qiymətlər artır. Digər səbəb isə insanların dini təfəkkürünə görə tələbin artıq olmasıdır. Bunu bilən sahibkar, fermer də qiymətləri artırır. Vətəndaş olaraq bir növ özümüz qiymət artımına şərait yaradırıq. İmkanı olan da, orta büdcəli də çalışır ki, qurbanını kəssin. Əgər maddi imkan buna yol vermirsə, borc-xərc edib kəsmək, nə də tələbi artırmağa ehtiyac yoxdur. Nümunə olaraq, Türkiyədə böyük marketlər şəbəkəsində bayramqabağı afişalar yapışdırılır: Dana 1 hissə payı 20–25 kiloqram bu qiymətə, qoyun əti 1 hissə 5–8 kiloqram bu qiymətə. Vətəndaş pulunu ödəyir, bayramda da evinə hazır, təmiz şəkildə gətirirlər. Diri heyvan da satılır, təbii ki, bazar və ya məhəllələrdə. Seçim vətəndaşındır".

İqtisadçı bildirdi ki, millət olaraq bizim təfəkkürümüz fərqlidir.

"Kəsilən heyvanın qoca və ya cavan olmasını, el dili ilə desək, axan qanını görməliyik. Lakin bizdə də bənzəri şəkildə kəsim yerləri olsa, qiymətlər tarazlansa, daha münasib olar. Bununla belə, təklif edərdim ki, bələdiyyələrdə, icra hakimiyyətlərində imkansız ailələrin qeydiyyatı aparılsın ki, bayram öncəsi ət payı onların da ünvanına, istər könüllü gənclər, istərsə də qurumlar tərəfindən çatdırılsın. Minlərlə ailə var ki, evində aylarla ət qaynamır. Kiminsə ümidinə qalmaqdansa ki, 1 parça ət verən olacaq və ya yox bu kimi tədbirlərin görülməsini məqsədəuyğun hesab edirəm", - deyə G.Hüseynova vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 May 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri