Icma.az
close
up
RU
Gənc ailələrin ev almaq şansı sıfıra bərabərdir Tural Abbaslı

Gənc ailələrin ev almaq şansı sıfıra bərabərdir Tural Abbaslı

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın mənzil bazarındakı qiymət artımları ilə bağlı narahatlıqlar getdikcə artır. Açıqlanan məlumatlardan aydın olur ki, mənzillərin maya dəyəri ilə satış qiyməti arasında fərqlər getdikcə böyüyür. Mənzillərin tikinti xərcləri artmadığı halda satış qiymətlərində ciddi artımlar baş verir. Bu hal mənzil sahibi olmaq arzusunda olanların ümidini azaldır. 


Bəs qiymətlərdəki kəskin fərq nə ilə bağlıdır? Belə yüksək qiymətə satışlar uzun müddət davam edə bilərmi?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli Bakıda mənzil qiymətlərinin həddindən artıq yüksək olduğunu qeyd etdi.

O dedi ki, mənzillərin tikinti xərci ilə satış qiyməti arasında böyük uçurum var. N.Cəfərli mənzillərin bir kvadrat metrinin maya dəyərinin 300-400 manat olduğu halda, satış qiymətinin 3000 manata qədər yüksəldiyini bildirdi. 


"Düzdür, son bir-iki ildə tikinti materiallarının da qiyməti artıb və bu da tikinti xərclərinin artmasına, eləcədə satış qiymətinin yüksəlməsinə təsir edib", - deyən ekspert söylədi ki, Bakıda mənzil qiymətləri həddindən artıq yüksək olması sadəcə bu amillə bağlı deyil.  


Ekspert belə yüksək qiymətə mənzil alışının mümkün olmasında ipoteka kreditləşməsinin də böyük paya sahib olduğunu vurğuladı. N.Cəfərli dedi ki, son illərdə ipoteka kreditlərinin artması insanları daha çox mənzil almağa sövq edir və bu da qiymətləri artırır.


Ağ Partiyanın sədri Tural Abbaslı isə qiymət artımlarının əsas səbəblərini qeyri-şəffaflıq və bazarın düzgün tənzimlənməməsi ilə əlaqələndirdi. 
Tikinti sahəsində qeyri-rəsmi ödənişlərin və monopoliya faktlarının da olduğunu deyən T.Abbaslı mövcud vəziyyətdən istifadə edilərək qiymətlərin süni şəkildə artırıldığını qeyd etdi:

“Bu sahədə ciddi rüşvət, monopoliya faktları və özbaşınalıq mövcuddur. Dövlətin nəzarət mexanizmlərinin zəif olması nəticəsində bu xaotik durum davam edir”. 


O, bildirdi ki, mövcud olan yüksək qiymətlərlə gənc, həmçinin ortagəlirli ailələr mənzil sahibi ola bilmir:

"Dövlət sosial evlərin tikintisi üçün vəsait ayırır. Bu vəsait hesabına çoxlu sayda gənc ailə ev sahibi olub. Amma bundan müəyyən kateqoriyaya aid olan insanlar faydalana bilir. Evsizlik gənclərin ailə qurmasına mane olur. Dövlət bu sahədə dəstəyini genişləndirməlidir”.


T.Abbaslı vəziyyətdən istifadə edən tikinti şirkətlərinin daha çox pul qazanmaq həvəsinin də qiymətləri artırdığını söylədi:

"Tikinti şirkətlərinin acgözlüyü qiymət artımını bir qədər də gücləndirir. Oliqarxlar, MTK-lar və başqa tikinti şirkətləri bazarda istədikləri qiymətləri müəyyən edir ki, bu da qeyri-qanuni monopoliyaya yol açır”.


T. Abbaslı qiymət artımının sosial təsirlərinə diqqət çəkərək, xüsusilə gənc ailələrin ev sahibi olmasının çətinləşdiyini bildirdi. Abbaslı bu vəziyyətin davam etməsinin qəbuledilməz olduğunu vurğuladı: “Ailədə həm kişi, həm də qadın yüksək maaşlı işdə işləsə belə onların ev alması mümkün deyil”.


Bəsti Rəfizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Aprel 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri