Icma.az
close
up
RU
Gənc ailələrlə üçün pulsuz mənzil təklifi: “75 yaşa qədər onlarda qalır”

Gənc ailələrlə üçün pulsuz mənzil təklifi: “75 yaşa qədər onlarda qalır”

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Rusiya Dövlət Duması hamiləliyin 12-ci həftəsindən etibarən ailə ipoteka kreditlərinin (Dövlət bank faizlərinin bir hissəsini öz üzərinə götürdüyü kredit) verilməsini təklif edib. 

Bu kredit növündə faiz dərəcəsi aşağıdır (adətən 5–6% civarında, bazar ipotekası isə daha yüksəkdir) və uşaq amili əsas şərtdir. 

Məqsəd doğum səviyyəsinin azalmasının qarşısını almaq və gənc ailələri uşaq sahibi olmağa təşviq etməkdir.

Bizdə də gənc ailələr üçün güzəştli mənzillər var, amma müəyyən kateqoriyalara aid insanları əhatə edir.

Gənc ailələr üçün bu cür mexanizmin bizdə də tətbiq edilməsi mümkün ola bilərmi?

Mövzu ilə bağlı Ölkə.Az-a danışan iqtisadçı Günay Hüseynova ipoteka mövzusunda bir qədər fərqli düşünür. O hesab edir ki, ipoteka verməkdənsə, dövlət gənc ailələri müvəqqəti evlə təmin etsə yaxşıdır:

“Bir insan ömrü nə qədərdir ki, onu da borc ipoteka və ya kredit bataqlığı ilə başa vursun, əməkhaqqına güvənib risk qorxusu ilə yaşasın və ya sahibkarın hər qanunu ilə yaşasın ki, birdən işdən çıxarılaram, ev də əlimdən çıxar.

Reallığa baxdıqda əksər insanlar 21-22 yaşında işləyir. İpoteka və s. üçün ilkin ödəniş də lazımdır. Bu gənc həm ilkin ödəniş verməlidir, həm öz gündəlik yol, yemək pulunu qarşılamalıdır. İlkin ödənişi tamam etməyə başlayanda da inflyasiyaya məruz qalır və ya ilkin ödəniş yüksəlir. Heç MTK şərtləri də uyğun deyil. Əksərən “podmayak” - tam təmirsiz ev təklif olunur. Elə onun təmiri də öz qiyməti qədərdir.

Ona görə də təklif edirəm ki, yeni ailə qurmuş, üç və daha çox övladı olmuş şəxslərə mənzil orta ömür müddəti, müəyyən yaş həddi qədər verilsin. Növbəti mərhələdə ev həmin şəxsdən alınıb digər ehtiyaclı şəxsə verilsin”.

İqtisadçının sözlərinə görə, buna bənzər mexanizm Çində mövcuddur:

“Mümkünsüz kimi görsənə bilər, lakin dünya praktikasında bu sistem var. Məsələn, 3 övladı olan şəxsə 75 yaşına qədər mənzil verilir. 75 yaş tamam olanda mənzil həmin şəxsdən alınır və gənc ailəyə verilir. Evi alınan şəxsə ya övladı sahib çıxır, ya da yaşlılar evinə göndərilir.

25 yaşında bir gənc ilkin ödənişi versə belə, borcunu 50 yaşında bitirəcək. Elə məhz bazarda da belə tələb olduğu üçün qiymətlər hər il kəskin dəyişir. Sahibkar bilir ki, vətəndaş əvvəl-axır ipotekaya girib mənzili alacaq. Əvvəlki illərdə ipoteka bu qədər yayğın deyildi deyə bu qədər artım və ya tələbat yox idi.

Ona görə düşünürəm ki, təklifim mənzil problemini kökündən həll edəcək”.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev gənc ailələrə dəstək göstərilməsinin vacibliyini vurğulayıb:

“Ölkəmizdə daşınmaz əmlakların satış qiymətlərində hər il kəskin artımlar müşahidə olur. Satış qiymətləri artdıqca, kirayə qiymətlərində də artımlar qaçılmaz olur. Rəsmi əməkhaqlarına nəzər salsaq, ölkədə minimal əməkhaqqı təxminən 400 manat, orta əməkhaqqı isə 900 manat civarındadır. Hazırda Bakı şəhərində bina evlərindəki birotaqlı mənzillərin kirayə qiymətləri 400 manatdan daha yüksəkdir. Bu isə onu deməyə əsas verir ki, aztəminatlı ailənin hər hansısa bir bina evində kirayə qalması və yaşaması mümkünsüzdür. 

Bu problemlərdən daha çox əziyyət çəkən gənclərdir. Evsizlik problemi onların ailə qurmalarında da ciddi problemlər yaşadır. 

Mənzillərin satış qiymətlərinin yüksək olması, kreditli şərtlə aldıqda aylıq ödəmələrdə kəskin artımlara gətirib çıxarır. Bu da bir ailənin sadəcə 20-25 il kredit ödədiyi halda onların yaşam xərclərinin minimuma düşməsi ilə nəticələnir və gənclərdə övlad, uşaq sayın artmasında başqa bir problemlər yaradır. 

Təəssüf ki, uşaq pulunun verilməməsinə görə də artıq gənclər dünyaya övlad gətirmək fikrindən uzaqlaşır. Çünki uşaqların xərcinin çox olması insan artımının qarşısını alır”. 

Ekspert bildirib ki, ölkəmizdə bir çox sosial layihəli inşaat işləri var ki, həmin tikintilərdə mənzilərin satış qiymətləri və aylıq kreditləri hər bir vətəndaş üçün əlçatandır: “Yaxın gələcəkdə ölkəmizdə gənc ailələr və nikaha girməyə hazırlaşan şəxslər üçün bu cür layihələr həyata keçirlərsə, yaxşı olar.

Xarici ölkələrdə də gənc ailələrə dəstək üçün bir sıra dəstək layihələri həyata keçirilir. Dövlət dəstəkləri ilə yeni ailələrin qurulması və ailələrdə uşaq sayının artmasına töhfə verir.

Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycanda da gənc ailələr və ailə quracaq gənclər üçün, ölkə vətəndaşlarının sayının artılması üçün hər hansısa bir formada yeni lahiyələr, olarsa, bu, xalqımızın və ailə münasibətlərinin formalaşmasında böyük rol oynaya bilər. 

Boşanmalar səbəblə artıq uşaq sayılarını ciddi azalmalar müşahidə olunur. Boşanmış ailələrdə olan uşaqlar böyük bir hissəsi travmalı şəkildə böyüyür ki, bu da gələcəkdə cəmiyyətə və yaxud həmin şəxsin özünə bir çox problemlər yaşadır. O baxımdan, qonşu ölkələrdəki təcrübələrə yanaşıb həmin təcrübələri ölkəmizdə gerçəkləşdirməklə biz yaxın gələcəkdə artıq boşanmaların sayını azaltmaqla bərabər əhali sayın da artılmasına gətirib sara bilərik”.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Yanvar 2026 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri