Pulsuz mənzil və iş TƏKLİFİ Bu kənd üçün yeni sakinlər axtarılır
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniyanın əhalisi sürətlə azalan kəndlərindən biri yeni sakinlər axtarır. Yerli hakimiyyət kəndi tərk edilməkdən xilas etmək üçün bura köçəcək ailələrə pulsuz yaşayış evi və daimi iş təklif edir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, söhbət İspaniyanın Soriya əyalətində yerləşən Arenilyas kəndindən gedir.
Hazırda burada cəmi 40-45 nəfər daimi yaşayır. Kənd Madriddən təxminən iki saatlıq məsafədə yerləşir. 2026-cı ilin əvvəlində yerli hakimiyyət əhalinin sayını artırmaq məqsədilə xüsusi proqram həyata keçirməyə başlayıb.
Köçən ailələrə nə təklif olunur?Proqram çərçivəsində kəndə daimi köçəcək ailələrə tam təmir olunmuş ev ödənişsiz istifadə üçün verilir. Bundan əlavə, ailə üzvlərindən biri bələdiyyənin texniki xidmət sahəsində daimi işlə təmin olunur.
Yeni sakinlər üçün daha bir imkan da yaradılıb. Onlar kənddə fəaliyyət göstərən yerli barı idarə etməklə öz bizneslərini qura bilərlər. Həmin məkan kənd sakinlərinin əsas görüş yerlərindən biri hesab olunur.
Yerli hakimiyyət bildirir ki, məqsəd iqtisadi qazanc əldə etmək deyil, kəndin yaşamasını təmin etməkdir.
Onların fikrincə, hər yeni ailə kənd məktəblərində şagird sayının artmasına, yerli mağazaların fəaliyyətini davam etdirməsinə və əhalinin azalması səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşən ictimai xidmətlərin qorunmasına kömək edəcək.
Bu təklifdən yararlanmaq istəyənlər kəndə daimi köçməli və yerli icmanın fəal üzvlərinə çevrilməlidirlər. Müvəqqəti yaşamaq və ya yalnız evdən istifadə etmək mümkün deyil.
Məlumata görə, proqram böyük maraqla qarşılanıb. Elan verildikdən cəmi bir neçə gün sonra dünyanın müxtəlif ölkələrindən 100-dən çox müraciət daxil olub.
Mütəxəssislər hesab edirlər ki, bu maraq münasib qiymətə yaşayış yeri və sabit iş imkanlarına olan qlobal tələbatın nə qədər yüksək olduğunu bir daha göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 15 İyul 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















