Icma.az
close
up
RU
Gənc almanların 40% dən çoxu ölkəni tərk etməyi düşünür

Gənc almanların 40% dən çoxu ölkəni tərk etməyi düşünür

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gənc almanların ən azı 21%-i həyat şəraitlərini yaxşılaşdırmaq üçün ölkəni tərk etməyi fəal şəkildə düşünür.
Bizim.Media xəbər verir ki, “Bild” qəzetinin illik sorğuya istinadən verdiyi məlumata görə, ümumilikdə gənclərin 41%-i belə bir ssenariyə hazır olduqlarını bildirirlər.
Respondentlərin təxminən üçdə biri psixoloji dəstəyə ehtiyac duyduğunu etiraf edib və bu, 2010-cu ildən bəri aparılan bu sorğular seriyası üçün rekord göstəricidir.
Respondentlərin iyirmi üç faizi isə maliyyə borcu olduğunu deyib. Bu da rekord göstəricidir.
Tədqiqatın müəlliflərindən biri olan Konstanz Universitetindən Kilian Hampel qəzetə şərhində bildirib ki, ev almaq və ya kirayələmək, şəxsi gəlir əldə etmək və karyera inkişafı kimi əsas məsələlərin həlli ölkə daxilində çətin göründüyü zaman xaricdə alternativlər daha cəlbedici olur.
 

Tədqiqatın müəllifləri qeyd edirlər ki, gənc almanlar işləmək üçün yüksək motivasiyaya malikdirlər, lakin Almaniyada zəhmətin bəhrə verib-verməməsi ilə bağlı şübhələr artır. Xüsusilə, respondentlər süni intellekt texnologiyalarının onları işsiz qoyacağından narahat olduqları üçün karyera perspektivlərinə daha az inamlı olublar. Eyni zamanda, peşə təhsili gənclər üçün getdikcə daha cəlbedici hala gəlir.


Onu da qeyd edək ki, Şərqi Avropa ölkələrindən tutmuş uzaq Asiya, Afrika ölkələrinə qədər yüzdən artıq ölkənin gəncləri isə daha yaxşı həyat qurmaq şansının Almaniyada olduğunu düşünürlər. Bu səbəbdən Almaniya miqrantların ən çıx axışdığı ölkədir. (Musavat.com)
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Mart 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri