Icma.az
close
up
RU
Sorğu: Böyük Britaniyada hər 3 müsəlmandan 1i ölkəni tərk etməyi düşünür

Sorğu: Böyük Britaniyada hər 3 müsəlmandan 1i ölkəni tərk etməyi düşünür

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

İngiltərədə aparılan sorğuya görə, hər üç müsəlmandan biri artan nifrət nitqi və anti-müsəlman əhval-ruhiyyəsi (İslamofobiya) səbəbindən ölkəni tərk etməyi düşünür.

Avqust ayında sağçı ekstremistlər İngiltərənin Rotherham şəhərində müsəlmanlara və mühacirlərə qarşı etiraz aksiyası təşkil edərək qeyri-qanuni mühacirlərin və sığınacaq axtaranların saxlandığı oteli yandırmağa cəhd ediblər.

London

Ölkədə müsəlmanlara qarşı hadisələri və nifrət cinayətlərini izləyən “Tell Mama” qeyri-hökumət təşkilatı və Survation araşdırma şirkəti iyulun 30-dan oktyabrın 14-dək 750 müsəlman iştirakçı ilə apardıqları sorğunun nəticələrini paylaşıb.

Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatına görə, iman əleyhinə nifrət cinayətləri bir il ərzində 25 faiz artıb

Sorğu: Böyük Britaniyada insanların 73 faizi ifrat sağçıların yüksəlişindən narahatdır

İngiltərədə zombi bıçaqları və palaların 1 ay ərzində polisə təhvil verilməsi tələb edilib.

Etirazlar niyə Şotlandiyaya yayılmadı?

İngiltərədə baş verənlər dünyada İslamofobiyanın əksidirmi?

İngiltərədə müsəlmanlara qarşı nifrət cinayətləri son 10 ildə ən yüksək səviyyədədir

İngiltərənin Fələstin siyasəti İsrailin Qəzzada törətdiyi soyqırımdan bir il sonra dəyişməz olaraq qalır

İngiltərədə qatar stansiyalarına edilən kiberhücumlarda sərnişinlərə müsəlmanlara qarşı mesajlar göndərilib

İngiltərədə 30 İyulda başlayan ifrat sağçı zorakılıqdan sonra müsəlmanların qarşılaşdıqları nifrət nitqi və anti-müsəlman ifadələri ilə bağlı sorğuya görə, sözügedən dövrdə hər 4 müsəlmandan biri nifrət nitqi və İslamofobiyanın qurbanı olub.

Həddindən artıq sağçı zorakılıqdan sonra müsəlmanların risk altında olduğunu düşünənlərin nisbəti 3-də 2 olduğu halda, hər 3 müsəlmandan biri hadisələrdən sonra başqa ölkəyə köçmək fikrini ifadə edib.

Southport şəhərində 3 uşağın öldürüldüyü bıçaqlı hücumdan sonra başlayan ifrat sağçı zorakılıq səbəbiylə nifrət nitqi və anti-müsəlman fikirlərin əsas baxışa çevrildiyini düşünənlərin nisbəti 10-dan 7-si olub.

Anketdə hər iki adamdan birinin hadisələrdən sonra müsəlman kimliyini açıq şəkildə yaşamağa başladığı və hər şeyə baxmayaraq İngiltərənin təhlükəsiz olduğunu düşünənlərin nisbətinin 10-dan 6-sı olaraq qeyd edildi.

Qadın iştirakçıların yüzdə 27-si nifrət nitqinə məruz qaldıqlarını bildirərkən, kişilərdə bu nisbət yüzdə 24-dür.

Sorğuda iştirak edən hər 10 nəfərdən dördü məscidlərin ifrat sağçı ekstremistlərin hədəfi olmağa davam etdiyinə inandıqlarını bildirib.

Ən çox islamofob diskurslar, hücumlar və nifrət cinayətləri Birmingem, Worcester və Coventry kimi şəhərlərin yerləşdiyi West Midlands bölgəsində baş verib.

Bu bölgədən respondentlərin 41 faizi bu cinayətlərə real həyatda və internetdə məruz qaldıqlarını bildirərkən, Londonda bu nisbət yüzdə 16 olaraq anketdə əksini tapıb.

Araşdırmanı şərh edən Tell Mama-nın direktoru İman Atta bildirib ki, müsəlmanlara qarşı əhval-ruhiyyə və nifrət nitqi müsəlman icmasına təsirini hiss etdirməyə davam edir.

Müsəlman cəmiyyətinə dəstək olmaq üçün daha çox addımların atılması lazım olduğunu bildirən Atta, "Anketdəki tapıntılar hökumət üçün hərəkətə çağırışdır" dedi. dedi.

İyulun 29-da İngiltərənin Sautport şəhərində 3 uşağın öldüyü, 8-i uşaq olmaqla 10 nəfərin yaralandığı bıçaqlı hücumdan sonra ölkədə müsəlmanlara qarşı ifrat sağçı zorakılıqlar başlayıb.

18 yaşından kiçik olduğu üçün adı açıqlanmayan Uels əsilli hücumçunun müsəlman olduğu və ötən il ölkəyə qeyri-qanuni yollarla gəldiyi ilə bağlı dezinformasiyaların yayılması ilə ölkədəki məscidlər, müsəlmanların iş yerləri və dərnək binaları hədəfə alınıb.

Təxminən bir həftədir ölkənin bir çox şəhərində baş verən hadisələrin başlanğıcı sayılan Southport hücumunu həyata keçirən şəxsin Ruanda əsilli 17 yaşlı Aksel Rudakubana olduğu açıqlanıb.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Noyabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri