Icma.az
close
up
RU
Gənc deputatların “şəkil həvəsi”…

Gənc deputatların “şəkil həvəsi”…

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Parlamentə “fotostudiya” kimi baxan millət vəkillərinin əsl vəzifəsi nədir?

Tribunainfo.az xəbər verir ki, adətən insanlar, xüsusən də gənclər yeni əyləncə yerlərinə, səyahətə, təbiət qoynuna, toya, idman yarışına və s. gedəndə, oradan müxtəlif fotolar çəkib paylaşırlar. Bu, çoxdan dəb halını alıb və çoxlarının sevincək olmasından, bir növ dost-tanışa “acıq verib”, qürrələnib “baxın hardayam” demək istəyindən irəli gəlir. Kənardan baxanlardan isə kimisi bunu adi, normal hal, kimisə də “görməmişlik” kimi qəbul edir…

Tribunainfo.az xəbər verir ki,Belə görünür ki, Milli Məclisdəki bəzi gənc deputatlarımız eyni “dəbi” parlamentə də daşıyıblar. Aşağıda təqdim etdiyimiz və təsadüfən qarşımıza çıxan fotolar Milli Məclisin ən gənc deputatlarından olan Mircəlil Qasımlının “feysbuk” səhifəsindən götürülüb.

Parlamentdə Kəlbəcəri təmsil edən M.Qasımlı 1992-ci ildə Bakıda anadan olub. Tərcümeyi-halında yazılır ki, əmək fəaliyyətinə 2010-cu ildə(18 yaşında!) magistral avtomobil yollarının “İntellektual İdarəetmə Sistemi” mərkəzində kommersiya direktoru kimi başlayıb. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Slovakiya universitetlərinin birində magistr təhsili aldığı qeyd edilir. İdmançıdır. Deputat edilməzdən əvvəl son vəzifəsi “Bakı Məişət Maşınları” ASC-nin sədri olub.

Təbii ki, rəsmi məlumatlarda Qasımlının gənc yaşında ASC sədri və sonra da deputat olmasının “uğur hekayəsi” barədə bir şey deyilmir. Ancaq mətbuatın yazdığına görə, əslən Kəlbəcərdən olan C.Qasımlı Slovakiyadakı fəxri konsul Cəlal Qasımovun qardaşı oğludur. Gənc deputatın magistr təhsilini Slovakliyada alması da bu səbəbdən yəqin ki, təsadüfi deyil…

Mətbuatda yayılan digər məlumat isə ondan ibarətdir ki, C.Qasımlı “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudovun kürəkənidir. Yeri gəlmişkən, 2015-ci ildə Binəqədi rayonu ərazisində bu şirkətin tikdiyi binanın üzlüyü yanmış və nəticədə 15 nəfər həlak olmuş, xeyli sayda insan yaralanmışdı. Bu işlə bağlı 8 il azadlıqdan məhrum edilən M.Mahmudov 4 il sonra azadlığa buraxılmışdı…

Bütün bunlar C.Qasımlının deputatlığa doğru keçdiyi “keşməkeşli siyasi yol” barədə müəyyən təsəvvür yaradırsa, onun öz sosial şəbəkə səhifəsində “poz verərək” paylaşdığı foto və videolar da deputatlıq fəaliyyətinin nədən ibarət olduğu barədə fikir formalaşdırır. Yeri gəlmişkən, fotolarında C.Qasımlı digər gənc həmkarı, Şabrandan deputat edilən Mahir Süleymanlı ilə birgə “poz verib”. M.Süleymanlı da “çox ağır və mürəkkəb siyasi yol” keçərək, “vərəsəlik üsulu” ilə atası, keçmiş deputat T.Süleymanlının parlamentdəki kreslosunu tutub və bu gənc deputat da ədalı video və fotolar paylaşmağın həvəskarıdır…

C.Qasımlının deputatlıq fəaliyyətyinə gəlincə, onun digər əksər həmkarlarından nə artıq, nə də əskik olduğunu deyə bilərik. Sadəcə, özünün paylaşdığı son videoların birində Qəbələdəki Kəlbəcərdən köçkün düşmüş seçicilərlə görüşü əks olunub ki, orada da təxminən 17 nəfər iştirak edib. Deputatın özü həmin videoda onunla görüşə olduqca az seçicinin gəlməsindən gileylənir. Amma millət vəkilinin kimdən kimə şikayət etdiyi bilinmir. Hər halda, kəlbəcərlilər deputatlarından az yox, çox şey gözləsəydilər, görüşə də az yox, çox sayda qatılardılar…

Təbii ki, Azərbaycan reallıqları nəzəə alınmaqla, belə “arxalı” gənclərin parlament üzvü olmasında qeyri-adi heç nə yoxdur. Lakin hər şeyə rəğmən, məntiqlə parlamentin fotosessiya yeri yox, ciddi qanunların qəbul edildiyi, ölkənin, xalqının taleyinə təsir edən qərarların qəbul olunduğu yer olması lazımdır.

Bir də maraqlıdır ki, bu gənclərin bahalı kostyumları, saatları, “bərkgedən maşınları”, villaları, lyuks həyatları və bir də təbii ki, ciblərindəki deputat mandatlarından başqa nələri var, hansı işin, əməlin sahibidirlər, deputat kimi qanunverici orqana, yaxud seçicilərinə hansı xeyrləri dəyib? Bu adamlar Azərbaycan parlamentinin, ümumilikdə ölkənin ictimai-siyasi həyatının, gələcəyinin formalaşması üçün nə edir, nə edəcək və ümumiyyətlə, nəsə etmək iqtidarındadırlarmı?

Bu sualları uzatdıqca uzatmaq olar. Amma hər halda, deputat mandatı, millət vəkili kürsüsü, kreslosu ədalanmaq, forslanmaq, “fotosessiya keçirmək” üçün deyil. Zatən bu cür gənc millət vəkillərindən ciddi nəsə gözləməyin yəqin ki, yeri yoxdur, amma heç olmasa, təməli Azərbaycan Cümhuriyyəti dövründə min əziyyətlə qoyulmuş qanunverici orqanı qeyri-ciddi məkana, az qala şadlıq saraylarının foyesinə döndərməsinlər… (Azpolitika.info)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 Aprel 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri