Gənc görünən insanlar sirlərini açıqladılar
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Yaşından daha gənc görünən insanlar bunun sirrlərini açıqlayıblar. Onlar təcrübələrini Reddit platformasında paylaşıblar.
Demokrat.az xəbər verir ki, müzakirələrdə ən çox səslənən məsləhət dəriyə qulluq olub. İştirakçılar günəşdən qorunmanın vacibliyini xüsusi vurğulayıblar.
Bir istifadəçi hər gün nəmləndirici və günəşdən qoruyucu krem çəkdiyini bildirib. Onun sözlərinə görə, müntəzəm SPF istifadəsi dərinin daha gənc görünməsinə kömək edir.
İstifadəçi bu tövsiyəni dermatologiya professoru olmuş atasından eşitdiyini də qeyd edib.
Müzakirəyə qatılanların bir hissəsi isə əsas amilin genetika olduğunu düşünür.
38 yaşlı qadın istifadəçi ailəsində gənc görünməyin geniş yayıldığını bildirib. O qeyd edib ki, atası uzun illər real yaşından xeyli gənc görünürdü.
Onun sözlərinə görə, atası 40 yaşına qədər 25 yaşlı insan təəssüratı yaradırdı. Hazırda 78 yaşı olsa da, daha gənc görünür.
Qadın özü haqqında da danışıb. O bildirib ki, 38 yaşında olsa da, insanlar onu 25-26 yaşlarında hesab edirlər.
Digər istifadəçilər sağlam həyat tərzinin roluna diqqət çəkiblər. Onların fikrincə, düzgün qidalanma və fiziki aktivlik görünüşə ciddi təsir göstərir.
51 yaşlı kişi istifadəçi demək olar ki, ağ saçının olmadığını yazıb. O, həmçinin saç tökülməsi və dərin qırışlarla qarşılaşmadığını bildirib.
Onun sözlərinə görə, ətrafındakı insanlar çox vaxt yaşını düzgün təxmin edə bilmirlər. Əksəriyyət onu 30 yaşlarında hesab edir.
İstifadəçi bunun səbəbini həyat tərzi ilə əlaqələndirib. O, müntəzəm idman etdiyini bildirib.
Kişi kifayət qədər yuxu aldığını da qeyd edib. Bundan başqa, zərərli qidalardan uzaq durduğunu vurğulayıb.
Onun sözlərinə görə, spirtli içki qəbul etməməsi də mühüm rol oynayır.
Müzakirələrdə ümumi fikir belə olub ki, gənc görünüşə tək amil təsir etmir. Genetika, dəriyə qulluq və sağlam həyat tərzi birlikdə mühüm rol oynayır.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Gənc və sağlam görünən insanlar... Məşhur həkim Cabir İmanovun ölümündən danışdı
29 Sentyabr 2025 16:00
Məşhur aktrisa gənc qalmağın sirlərini bölüşdü
27 Noyabr 2024 17:10
Yaşlandıqda belə gənc görünən BÜRCLƏR: onlar kimlərdir?
23 Oktyabr 2025 18:36
Gənc yaşda insanlar niyə xərçəng olur? SƏBƏB
12 İyun 2025 23:52
45 yaşadək insanlar gənc sayılacaq YENİ BÖLGÜ
19 İyul 2026 23:14
Baxış sayı:119
Bu xəbər 11 İyun 2026 11:59 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları