Gənc və sağlam görünən insanlar... Məşhur həkim Cabir İmanovun ölümündən danışdı
Medicina saytından alınan məlumata görə, Icma.az bildirir.
"Ürək-damar xəstəlikləri bu gün də qlobal miqyasda ən aktual sağlamlıq problemlərindən biridir. Həm qanunverici, həm də həkim olaraq inanıram ki, cəmiyyətimizin sağlam gələcəyi üçün profilaktika, erkən diaqnoz və sağlam həyat tərzinin təşviqi ən əsas şərtlərdəndir”.
Medicina.az xəbər verir ki, bunu ürək cərrahı, millət vəkili Rəşad Mahmudov bildirib.
"Təəssüf ki, bu gün tanınmış istedadlı sənətkarımız Cabir İmanov qəfil ürək tutmasından dünyasını dəyişdi.
Bu və bunun kimi acı hadisələr bir daha göstərir ki, gənc və sağlam görünən insanlar belə ürək-damar xəstəliklərinin təhlükəsi altındadır.
Ona görə də hər bir kəs üçün mütəmadi tibbi müayinələr, sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq durmaq, şəkərli diabet və təzyiq kimi risk faktorları ilə mübarizə həyati əhəmiyyət daşıyır.
Cabir İmanova Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm. Hər bir insana isə sağlam ürək və uzun ömür arzulayıram.
Əziz dostlar, dəyərli həmvətənlər!
Ürəyinizi qoruyun, çünki onun içində sevdikləriniz var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 29 Sentyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















