Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Gənc oğlan atasını döyən iş yoldaşını bıçaqladı TƏFƏRRÜAT

Gənc oğlan atasını döyən iş yoldaşını bıçaqladı TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Zərdab rayonunda 2006-cı il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Məmmədə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Zərdab-Ucar avtomobil yolunun üzərində yerləşən “Kür” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. 
Elmar atası Nizaminin döydüyü üçün qisas almaq niyyətilə yaşadığı fərdi yaşayış evindən götürdüyü mətbəx bıçağı ilə Məmmədin bir dəfə döş qəfəsindən zərbə vurub. 
Hadisəni törədən Elmarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, hadisə günü, saat 20:30-da təcili Zərdab rayon Təcili və Tibbi Yardım Stansiyasında işləyən atası Nizaminin Yardım Stansiyasının həyətində döyüldüyünü eşidib: 
“Bu barədə maraqlandıqda Zərdab rayon Təcili və Tibbi Yardım Stansiyasında baş feldşer işləyən əmisinin arvadının həmin stansiyada işləyən Mahir adlı şəxslə arasında sevgi münasibətləri olduğunu, atamın da elə bu söhbətə görə döydüyünü fikirləşdim. Buna görə də Mahirin istifadəsində olan mobil nömrəyə zəng edərək atamın kimin döydüyünü soruşdum. Ona bu barədə söhbət etmək üçün görüşmək istədiyimi dedim. Mahir məni birazdan yığacağını deyərək telefonu söndürdü. 
Təqribən beş dəqiqə sonra özünü Məmməd kimi təqdim edən bir nəfər şəxs mənə zəng etdi və Zərdab rayonu ərazisində yerləşən "Kür petrol" adlı yanacaqdoldurma məntəqəsinin yanına çağırdı. Evimin  mətbəxindən bir ədəd bıçaq götürdüm və arxa tərəfdən şalvarımın bel hissəsinə keçirdim. Saat 21 radələrində Məmmədin dediyi yerə çatdım. Həmin yerə çatanda Məmmədin Asimlə birlikdə məni gözlədiyini gördüm. Həmin yerə yaxınlaşanda Asim oradan uzaqlaşaraq  getdi. Məmməddən atamın kimin döydüyünü soruşdum. Məmməd atamın öz işçisi olduğunu, yaxşı edərək döydüyünü deyəndə şalvarımın bel hissəsində gizlətdiyim bıçağı sol əlim  ilə çıxardım və Məmmədin sağ yan hissəsindən bir dəfə vurdum. Bıçaq zərbəsi vurandan sonra Məmməd özü rayon istiqamətində qaçmağa başladı. Məmməd gedəndən sonra bıçağı elə oralıqda zibilliyə atdım və yaşadığım evə getdim”. 
İş üzrə zərərçəkmiş Məmmədin sözlərinə görə, Zərdab rayon Mərkəzi Xəstəxanasında sürücü işləyən Nizami xəstəxananın digər işçisi, həm də onun dostu olan Mahir ilə mübahisələri düşməsi səbəbindən Mahir, Asim və Ələddin Zərdab rayonu dörd yol deyilən yerdə söhbət edib: 
“Buna görə də Nizami Zərdab rayon polis şöbəsinə şikayət etdi. Nizaminin oğlu Elmar bu barədə eşidərək mənim yanımda olan Mahirə zəng edərək harada olduğunu soruşdu. Mahir Elmara onu birazdan yığacağını deyərək telefonu söndürdü. Təqribən beş dəqiqədən sonra Elmarın istifadəsində olan mobil nömrəyə zəng edərək ondan harada olduğunu soruşdum. Elmar rayon polis şöbəsinin qarşısında olduğunu deyəndə sonuncunu Zərdab rayonu ərazisində yerləşən "Kür petrol" adlı yanacaqdoldurma məntəqəsinin yanına çağıraraq tanışım Asimlə birlikdə həmin yerə getdik, Elmarı gözləməyə başladıq. Təxminən 5-10 dəqiqə sonra Elmar yanımıza gəldi. Elmar gələndə Asim bizdən uzaqlaşaraq getdi. Elmar yaxınlaşan kimi atasını kimin döydüyünü soruşdu. Cavab verməyə imkan tapmamış qəflətən böyür hissəsindən bıçaq çıxardaraq mənim sağ yan tərəfimdən bir dəfə vurdu. Məni bıçaqla vuran kimi Elmar qaçmağa başladı. Yaxınlıqda olan tanımadığım bir taksiyə oturaraq məni xəstəxanaya aparmasını istədim. Həmin taksi məni Zərdab rayon Mərkəzi xəstəxanasına apardıqdan sonra əməliyyat oldum”. 
İş üzrə şahid qismində ifadə verən Mahirin ifadəsinə görə, onunla birlikdə Zərdab rayon Mərkəzi Xəstəxanasında sürücü işləyən Nizami 2024-cü ilin iyun ayının əvvəllərindən onunla eyni yerdə işləyən və qardaşı arvadı olan qadınla niyə münasibət saxladığına görə onunla mübahisə edib:
“Nizaminin hər dəfə mənə irad tutmasından bezdiyim üçün söhbət əsnasında dostlarıma bu barədə bildirdim. Bundan sonra dostlarım ilə Nizamini çağırıb birlikdə söhbət etməyi qərara aldım. Məqsədim həqiqətən də həmin qadınla iş yoldaşlığımdan əlavə heç bir münasibətim olmadığını izah etmək olub. Buna görə axşam saatlarında Nizami ilə Zərdab rayonu ərazisində dördyol deyilən yerdə görüşdük, dostlarım Mahir, Asim və Ələddin ilə birlikdə söhbət etdim. Bundan sonra Nizami Zərdab rayon polis şöbəsinə şikayət etdi. 
Nizaminin oğlu Elmar atası barədə eşidərək istifadəmdə olan mobil nömrəyə zəng etdi, harada olduğumu soruşdu. Həmin vaxt dostlarım yanımda olublar. Elmara onu birazdan yığacağımı deyərək telefonu söndürdüm. Təqribən beş dəqiqədən sonra Məmməd Elmarın  istifadəsində olan mobil nömrəyə zəng edərək ondan harada olduğunu soruşdu. Elmar rayon polis şöbəsinin qarşısında olduğunu deyəndə onu "Kür petrol" adlı yanacaqdoldurma məntəqəsinin yanına çağırdı. Biz olduğumuz yerdə Ələddinlə orada gözlədim. Ələddinlə danışmağa Asimlə Məmməd getdi. Təxminən yarım saatdan sonra Elmarın Məmmədə bıçaq xəsarəti yetirdiyini eşidərək xəstəxanaya getdim. Xəstəxanada Elmarın həmin vaxt özü ilə bıçaq gətirərək Məmmədə bir dəfə həmin bıçaqla xəsarət yetirdiyini bildim”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmarın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Fevral 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri