Icma.az
close
up
RU
Bakıda gənc xalasının ərini bıçaqladı TƏFƏRRÜAT

Bakıda gənc xalasının ərini bıçaqladı TƏFƏRRÜAT

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Nərimanov rayonunda 2003-cü il təvəllüdlü Renat Allahverdiyev xalasının həyat yoldaşı Qənimət Tağıyevi bıçaqlayıb. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin noyabrın 10-da baş verib. Beyləqan rayon sakini R. Allahverdiyev həmin gün axşam saatlarında kirayə yaşadığı evdə xalasının mobil telefon nömrəsinə sonuncunun həyat yoldaşı Tağıyevin borclu olduğu şəxslərin zəng etməsinə görə onunla mübahisə edib. 
Bundan sonra təqsirləndirilən şəxs həmin gün saat 23 radələrində Q. Tağıyevə borclu şəxslərin xalasına zəng edərək, narahat etməsini,  zərərçəkmiş şəxsin yaranmış mübahisəyə görə ondan xalası və nənəsinin narazılıq etməsini bəhanə edib. Heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə həmin evin yataq otağında xalasının ərini qarın nahiyəsindən bıçaqlayıb. 
Hadisəni törədən R. Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, xalasının əri Q. Tağıyevə onun borcu ilə əlaqədar müxtəlif zənglər gəlib: “Qənimət təklikdə olan zaman ona gələn zəngləri açmağını və bu məsələ barədə narahat olmamağını ona desəm də, o, gələn zənglərin heç birisinə cavab vermədi. Həmin şəxslərlə telefon vasitəsi ilə əlaqə saxladım və telefon danışığı zamanı həmin şəxslər Qənimət Tağıyevin onlara  borclu olduğunu, onların zənglərinə cavab vermədiyini bildirdilər. Sonra noyabrın 10-da evdə Qənimətlə həmin məsələ ilə bağlı mübahisə etdik. Mübahisədən sonra axşam saatlarında siqaret çəkmək üçün həyətə çıxan zaman evdən səs-küy gədiyini eşitdim. Evə daxil oldum və mətbəxə keçərək oradan bıçaq  götürdüm. Səs-küy olan otağa daxil oldum və Qənimətə bıçaq zərbəsi vurdum”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Q. Tağıyevin sözlərinə görə, təqsirləndirilən şəxs onun baldızının oğludur: “3 ay ərzində bizim evimizdə qalıb. Renat kiçik bir mübahisə nəticəsində əsəbləşərək mənə xəsarət yetirib. Mənim başqa şəxsə borcum olub, həmin borcun qaytarılması ilə bağlı həyat yoldaşıma həmin şəxsdən bir neçə dəfə zənglər gəldi. Zənglərin birinə təqsirləndirilən şəxs cavab verdi. Renat borc məsələsi ona məlum olduqda əsəbləşdi. Hadisə günü Renatı bir qədər qıcıqlandırdım, həmçinin bu səbəbdən əsəbləşdi”.
Zərərçəkmiş bildirib ki, onun kənar şəxslərə borcu olub: “Həmin borcla bağlı çörək bişirilən yerdən mənə və həyat yoldaşıma bir neçə dəfə zəng gəldi. Renat borcla bağlı xalasına zəng gəldiyi üçün mənə iradını bildirdi. Hadisədən qabaq Renatla aramızda heç vaxt mübahisə olmayıb”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə R. Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini xahiş edib. 
O, şikayətində həmçinin göstərib ki, yaxın zamanlarda anasını itirib. Onun bildirdiyinə görə, onda yaranmış psixoloji problemlər, yalnız qalmalar məhz bu cinayətin törədilməsinin səbələrindən biri olub. O, cəzasının yüngülləşdirilməsini xahiş edib. 
Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin olunmayıb. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 İyul 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri