Icma.az
close
up
RU
Gənc oğlan sevdiyi qızı xalasının evinə gətirdi və... TƏFƏRRÜAT

Gənc oğlan sevdiyi qızı xalasının evinə gətirdi və... TƏFƏRRÜAT

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gədəbəy rayonunda 1998-ci il təvəllüdlü Nahid yetkinlik yaşına çatmayan sevgi münasibətində olduğu Gülşən (adlar şərti göstərilib – red.) ilə cinsi əlaqədə olub. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 30 avqust 2023-cü ildə, saat 23 radələrində Gədəbəy rayonunun kəndində baş verib. 
Nahid kənddə yerləşən xalası Əminəyə məxsus yaşayış evində aralarında iki ildən çox yaş fərqi olmaqla onun üçün aşkar surətdə on altı yaşına çatmayan Gülşən ilə öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.
Hadisəni törədən Nahidin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonunun kəndində yaşayır: “Yaşadığım kənddə yerləşən “avtoyuma” məntəqəsində avtomobil yuyub ailəmi dolandırıram. Mən 2-ci Qarabağ müharibəsində könüllü iştirak etmişəm, üç medal almışam, bir dəfə yaralanmışam. Lakin yenidən sağaldıqdan sonra döyüşə qayıtmışam. Torpaqlar azad olunan günədək döyüşmüşəm”. 
Nahidin ifadəsinə görə, 2023-cü ilin iyun ayında Gədəbəy rayonunun kəndində Gülşən ilə tanış olub: “Gülşən həmin il həmkəndlim Mahirəgilə qonaq gəlmişdi və həmin vaxtdan bir-birimizi gördük, aramızda sevgi münasibətləri yarandı. Mənim fikrim ciddi olub. 29 avqust 2023-cü ildə Gülşən ilə telefonla danışan zaman evlənmək üçün mənimlə qoşulub qaçmağı təklif etdim. Gülşən mənim təklifim ilə razılaşdı. Avqustun 30-da Gədəbəy rayonundan özümə məxsus “VAZ-21011” markalı avtomobillə Gəncə şəhərinə Gülşənin dediyi ünvana getdim. Həmin yerdən Gülşəni götürərək Gədəbəy rayonunun kəndində yaşayan xalam Əminənin evinə gətirdim. Xalamın evində Gülşən ilə ikimizə birlikdə yer saldılar. Həmin vaxt Gülşən ilə cinsi əlaqədə olmaq istədim. Gülşən mənə 16 yaşının tamam olmadığını dedi. Bu səbəbdən Gülşən ilə onun öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə oldum. Gülşəni qaçıran zaman, eləcə də onunla cinsi əlaqədə olan vaxt ona qarşı hər hansı zorakılıq, fiziki və ya psixi təsir göstərməmişəm. Gülşən ilə ər-arvad münasibətlərində birlikdə yaşayırıq”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Gülşənin sözlərinə görə, Gəncə şəhərində valideyinləri və digər ailə üzvləri ilə birlikdə yaşayır: “Gədəbəy rayonunun kəndində yaşayan xalam Mahirənin evinə qonaq getdim. Onlarda qalarkən təsadüfən həmin kənddə yaşayan Nahid ilə tanış oldum və telefon nömrələrimizi bir-birimizə verdik. Mütəmadi əlaqə saxladıq. Nahid mənimlə evlənmək istədiyini dedi və mənə ailə qurmaq məqsədilə qoşulub qaçmağı təklif etdi. Avqustun 29-da, saat 20 radələrində Nahidlə telefonla danışdım və danışıq zamanı Nahid birlikdə evlənmək məqsədilə Gədəbəy rayonuna getməyi təklif etdi. Mən də onun  təklifi ilə razılaşdım”. 
Zərərçəkmiş qeyd edib ki, avqustun 30-da, saat 21 radələrində Nahid ilə onun yaşadığı evin yaxınlığında görüşüb və Nahidin avtomobili ilə Gədəbəy rayonunun kəndinə, Nahidin xalasının yaşadığı evə gəliblər: “Həmin gecə saat 23 radələrində Nahidin təklifi ilə razılaşaraq könüllü razılığı əsasında qeyri-təbii yolla cinsi əlaqədə olduq. Mən Nahiddən şikayətçi deyiləm, bir ailə kimi birlikdə yaşayırıq. Mən hazırda hamiləyəm”.
Bu cinayət işinə Gədəbəy Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nahidin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddə tətbiq olunub. Ona 8 ay sınaq müddəti olmaqla 1 il müddətinə şərti cəza verilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Noyabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri