Icma.az
close
up
RU
Gənc oğlan sevdiyi qızın nişanlısını bıçaqladı

Gənc oğlan sevdiyi qızın nişanlısını bıçaqladı

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Xəzər rayonunda 2008-ci il təvəllüdlü Ağsu rayon sakini Mərdan sevdiyi qızın nişanlısı Kənana (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, yetkinlik yaşına çatmayan Səidənin valideynləri tərəfindən 18 yaşı tamam olduqda Kənanla nişanlayacaqlarını bilib. 
Bundan sonra Kənanla telefonla danışıb, Səidəni özü sevdiyini və ondan ayrılmasını dəfələrlə tələb etsə də, Kənan bundan imtina edib. 
Bu səbəbdən Mərdan ötən ilin fevralın 20-də, saat 20:30-da Binə qəsəbəsi, Atçılıq Yaşayış massivində yerləşən marketin yaxınlığında Kənanla görüşüb, ondan yenidən Səidə ilə ayrılması tələb edib. 
Bu zaman Kənan onun tələbinə etiraz edərək ünvanına təhqiramiz ifadələr işlədib. Buna görə onların aralarında şəxsi münasibətlərin pozulması səbəbindən qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı Kənanı cəzalandırmaq niyyəti ilə kəsici-deşici təsirə malik bıçaqla onun qarın nahiyyəsindən qəflətən vurub. 
Hadisəni törədən Mərdanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Mərdan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü axşam Kənanla görüşüb, aralarında mübahisə yaranıb: “Kənanın məni pis vəziyyətə salacağından qorxdum və özümü müdafiə etmək üçün belə bir hadisə törətdim. Mən belə bir hadisənin yaşanmasını istəməmişəm. Sadəcə zərərçəkmiş şəxsi qorxutmaq istəmişəm”.
Zərərçəkmiş Kənanın sözlərinə görə, Səidə ilə qohum və nişanlı olublar: “Səidə məktəbdə oxuduğuna görə, yaşının tamam olmasını gözləmişik. Mən Bakıda işləmişəm. Təqsirləndirilən Mərdan mənə “votsap” vasitəsilə yazdı və hadisə günü biz görüşdük. Görüşən zaman Mərdan mənə Səidəni sevdiyini dedi və bilmədən mənə xəsarət yetirdi”.
İş üzrə şahid qismində ifadə verən Səidənin sözlərinə görə, Mərdan ilə bir məktəbdə oxuyub, orda tanış olublar və bir-birilərini seviblər: “Nənəm uşaqlıqdan mənə deyib  ki, səni Kənan ilə evləndirəcəm. Kənanın babası ilə mənim nənəm bacı-qardaşdırlar. Mən bu barədə Mərdana dedim. O, da qarşı çıxaraq “belə olmaz” dedi. Mən isə ona “nə edə bilərəm” dedim. Sonra Mərdan Kənanla görüşüb, söhbət ediblər. Mən Kənana “mənim sevdiyim oğlan var, bizim münasibətimiz alınmaz, biz niyə zorla bir yerdə olaq ki?” deyə sual eymişəm. Kənan isə məni istədiyini cavab verib. Mərdanı sevdiyimi Kənan atası, anası, bacısı da bilib. Mən Kənana demişəm ki, sənin ailən də mənim başqasını sevdiyimi bilir, sən məni necə qəbul edəcəksən? O, isə “mən prinsipə səni alacam” dedi”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mərdanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. O, 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza alıb. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Yanvar 2026 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri