Icma.az
close
up
RU
Gənc pianoçu Cəmil Sədizadə Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək

Gənc pianoçu Cəmil Sədizadə Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək

Icma.az, Milli.az saytına istinadən bildirir.

Azərbaycanın gənc və istedadlı pianoçularından biri olan Cəmil Sədizadə növbəti dəfə sənətsevərlərlə görüşə hazırlaşır. Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı olan ifaçı "Renessans" adlı solo fortepiano konsert proqramı ilə tamaşaçı qarşısına çıxacaq. Musiqi gecəsi 30 may tarixində  Beynəlxalq Muğam Mərkəzi səhnəsində baş tutacaq.

Gənc yaşına baxmayaraq artıq beynəlxalq musiqi mühitində diqqət çəkməyi bacaran Cəmil Sədizadə dünyanın ən nüfuzlu ali musiqi təhsil ocaqlarından biri olan Manhattan School of Music fortepiano fakültəsinə qəbul olunan dünya üzrə 20 seçilmiş musiqiçidən biri kimi böyük uğura imza atıb. Bu nailiyyət onun peşəkar ifaçılıq bacarığının və musiqiyə olan dərin bağlılığının göstəricisi hesab olunur.
"Renessans" adlı konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək. Klassik musiqinin incə çalarlarını müasir interpretasiya ilə təqdim etməyi sevən pianoçu dinləyicilərə həm emosional, həm də yüksək sənətkarlıq nümunəsi vəd edir. Proqramın əsas ideyası musiqidə yenilənmə, daxili dirçəliş və mənəvi yüksəliş fəlsəfəsini əks etdirməkdir.

Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı dünya klassiklərinin fortepiano yaradıcılığından seçilmiş nümunələr də yer alacaq. İfaçının fərdi üslubu, texniki ustalığı və səhnə enerjisinin gecəyə xüsusi rəng qatacağı gözlənilir.

Musiqi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan tədbirin gənc istedadların tanıdılması və klassik musiqinin təbliği baxımından əhəmiyyətli mədəni hadisələrdən biri olacağı bildirilir. "Renessans" konserti həm klassik musiqi həvəskarları, həm də gənc ifaçıların yaradıcılığı ilə maraqlanan sənətsevərlər üçün unudulmaz axşam vəd edir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 May 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri