Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 2 aprel, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğamat axşamı” adlı konsert proqramı təqdim olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, böyük anşlaqla keçən konsertdə Əməkdar artistlər Babək Niftəliyev, Arzu Əliyeva, BMM-nin solistləri Vəfa Vəzirova, Səbinə Ərəbli, Rəvanə Qurbanova, Mirələm Mirələmov, Kamilə Nəbiyeva muğam və təsniflərdən ibarət proqramla dinləyicilərin qəlbini oxşayıblar.
İfaçıları BMM-nin solisti Rövşən Qurbanovun (tar) rəhbərliyi ilə instrumental ansambl – Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Rafael Əsgərov (balaban), Amil Mustafayev (nağara), Vasif Yusublu (ud) və Adəm Zərbəliyev (balaban) müşayiət ediblər.
Layihənin məqsədi əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmiş muğam sənətimizi gələcək nəsillərə çatdırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 02 Aprel 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















