Gənc qız “TikTok”da yazdıqlarına görə 1000 manat cərimələndi
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sabunçu Rayon Məhkəməsində 1999-cu il təvəllüdlü Arzu Quliyeva (bütün ad-soyadlar şərti) haqqında verilmiş xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qulu Abbasov A.Quliyevanın sosial şəbəkədə onu söyərək təhqir etdiyini bildirib və gənc qızın cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.
Müəyyən edilib ki, Qulu əvvəllər Arzunun bibisi qızı ilə evli olub, lakin tərəflər bir müddət əvvəl boşanıb. Bundan bir neçə ay sonra Arzu “TikTok” sosial şəbəkəsində Qulunun canlı yayım açdığını görüb və hər hansı mübahisənin olmamasına baxmayaraq, şərh bölməsində kişini söyərək təhqir edib.
Təqsirləndirilən şəxs Quluya qarşı aqressiv olduğunu bildirib, bibisi qızından boşandığı üçün bu addımı atdığını deyib.
Məhkəmə 26 yaşlı qızı Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə təqsirli bilərək 1000 manat cərimə edib.
Aslan Vəliyev
Baxış sayı:50
Bu xəbər 23 İyul 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















